Boz qızılağac (lat. Alnus incana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Boz qızılağac | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Boz qızılağac |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
İlk dəfə Avropada təsvir edilmişdir.
Hündürlüyü 20 m-ə qədər olan, boz, hamar qabıqlı ağacdır. Zoğları qonur və qırmızı-qonur, qısa tükcüklərlə örtülmüşdür. Tumurcuqların uzunluğu 8–15 mm, qırmızı-qonur, küt, az tükcüklü, bir az əyilmiş, yapışqanlı deyil. Yarpaqları yumurtavari-eçlipsvari, çılpaqdır, uzunluğu 4–10 sm, eni 3–6 sm-dir, üstü yaşıl, alt tərəfi bozumtul-yaşıl, nazik tükcüklüdür, kənarları sivriləşmişdir, dib tərəfləri dəyirmi, enli pazvaridir; az-az hallarda bir qədər ürəkvaridir;mişardişlidir, 7–13 cüt damarı uzun, sıx tüklüdür. Saplaqlarının uzunluğu 3–4 sm-dir, üstü yumşaq tüklüdür. Mayda çiçəkləyir. Bir neçə ədəd erkək və dişi çiçəkləri keçənilki zoğların uclarında yerləşir. Erkək sırğaları 3–5 ədəd umumi salxımşəkilli çiçək qrupuna yığılmışdır. Qozaları ellipsvari, yetişdikdə qara-qonur rəngli 12–15 mm uzunluqda və 7–8 mm enindədir. Toxum, qələmlər və kök pöhrələri ilə çoxalır. Aktiv surətdə kök zoğları əmələ gətirir. Oduncağı ağ, yumşaq və yüngüldür.
Qışa, işığa, kölgəyə davamlı bitkidir. Torpağa qarşı az tələbkardır. Köklərində azot fiksə edən bakteriyalar yerləşir.
Böyük və Kiçik Qafqazda, Quba-Dəvəçi zonasında, Lənkəranda, Astarada, Masallıda və Göygöl rayonlarının meşələrində yayılmışdır. Təxminən 60 il yaşayır.
Oduncağından mebel sənayesində dülgərlik və tokarlıq işində,kömür hazırlanmasında istifadə edilir.