Alovlanan nizə əməliyyatı

"Alovlanan nizə" əməliyyatı (ing. Flaming Dart) — Vyetnam müharibəsi zamanı, 1965-ci ilin fevralında Cənubi Vyetnamda ABŞ hərbi personalına qarşı CVMAC partizanlarının hərəkətlərinə cavab olaraq ABŞ-nin hava əməliyyatı.

Alovlanan nizə əməliyyatı
Tarix 24 fevral 1965
Yeri

Əməliyyat iki mərhələdə həyata keçirilib:

  • "Alovlanan nizə I" — 7–8 fevral tarixlərində keçirilən hücumlara cavab olaraq Kemp-Hollovey vertolyot bazasına[1] və Cənubi Vyetnam II Korpusunun Pleykuda yerləşən qərargahına edilən hücumlar ilə eyni gecədə həyata keçirilmişdir. Zərbə ABŞ Hərbi Dəniz QüvvələriCənubi Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən həyata keçirilmişdir.
  • "Alovlanan nizə II" — 11 fevralda amerikalı hərbi məsləhətçilərin yaşadığı Kuinyon şəhərindəki otelin bombalanmasına cavab olaraq keçirilmişdir.

İki reyd zamanı Amerika və Cənubi Vyetnam təyyarələri Cənubi Vyetnama göndərilmədən əvvəl Şimali Vyetnam ordusunun əsgərlərinin təlimi ilə əlaqəli Şimali Vyetnamın cənubunda (Vyetnam silahsızlaşdırılmış zonasının şimalında) yerləşən hərbi obyektlərə hücum edilmişdir.

"Alovlanan nizə" əməliyyatı ABŞ təyyarələrinin müharibə başlayandan bəri Şimali Vyetnamı ikinci dəfə bombardman etməsi idi. 1964-cü ilin avqustunda "Deşici ox" əməliyyatı zamanı yalnız bir hava hücumu edilmişdi.

  1. Clodfelter, Micheal. Vietnam in Military Statistics: A History of the Indochina Wars, 1772-1991. McFarland & Company. 1995. ISBN 9780786400270.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]