Alqoritmik kurasiya — tövsiyə alqoritmləri və fərdiləşdirilmiş axtarışlardan istifadə edərək onlayn medianın kurasiyası (kolleksiyanın təşkili və saxlanması). Nümunələrə axtarış mühərriki və sosial media məhsulları,[1] məsələn, "Twitter" lenti, "Facebook"un xəbər lenti və "Google" fərdiləşdirilmiş axtarış daxildir. Kurasiya alqoritmləri adətən mülkiyyətçi və ya "qara qutu"dur, bu da alqoritmik qərəzlilik və filtr köpüklərinin yaradılması ilə bağlı narahatlığa səbəb olur.[2][3]
Alqoritmik kurasiyanın istifadəsi hədsiz dərəcədə artmaqdadır, sosial media platformaları 2023-cü ildə alqoritmik kurasiyanın istifadəsinə dair çeşidli yeniləmələr təqdim etmişdir. Mark Zukerberq qazanc çağırışı zamanı süni intellektlə işləyən alqoritmik kurasiyadan istifadənin iki dəfə artacağını açıqlamışdır. "LinkedIn" və "TikTok" kimi platformalar da alqoritmik kurasiya ilə bağlı təcrübələr aparır. Bu kurasiya forması yaradıcıların və müəssisələrin istehlakçılarla əlaqə qurmaq üçün sosial media alqoritmlərindən qaçmaq üsullarını dəyişdirmişdir.