Alsu Bayramova

Alsu Bayramova (d. 29 dekabr 2000; Sankt-Peterburq, Rusiya) — Rusiya əsilli Azərbaycanlı üzgüçü. Alsu Bayramova, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medal qazanıb.

Alsu Bayramova
Şəxsi məlumatlar
Tam adı Alsu Polad qızı Bayramova
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi (22 yaş)
Doğum yeri Sankt-Peterburq, Rusiya
İdman növü Üzgüçülük

Karyerası[redaktə | mənbəni redaktə et]

Alsu Bayramova, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Alsu Bayramova, 4 x 100 metr məsafəyə sərbəst estafet yarışlarında Fatimə Alkərəmova, İlahə RəciyevaYuliya Stisyuk ilə birgə çıxış etdi və 4 dəqiqə 8.37 saniyə nəticə ilə 3-cü yeri tutaraq yarışların bürünc medalına layiq görüldü. 4 x 100 metr məsafəyə kompleks estafet yarışlarında isə o, yenə Fatimə Alkərəmova, İlahə RəciyevaYuliya Stisyuk ilə birgə çıxış etdi. Komanda, 4 dəqiqə 34.42 saniyə nəticə ilə yenə 3-cü yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]