Yuliya Stisyuk

Yuliya Stisyuk (d. 11 sentyabr 2000; Bakı, Azərbaycan) — Azərbaycanlı üzgüçü. Yuliya Stisyuk, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medal qazanıb.

Yuliya Stisyuk
Şəxsi məlumatlar
Tam adı Yuliya Stisyuk
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (23 yaş)
Doğum yeri Bakı, Azərbaycan
İdman növü Üzgüçülük

Karyerası[redaktə | mənbəni redaktə et]

Yuliya Stisyuk, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yuliya Stisyuk, 4 x 100 metr məsafəyə sərbəst estafet yarışlarında Alsu Bayramova, Fatimə Alkərəmovaİlahə Rəciyeva ilə birgə çıxış etdi və 4 dəqiqə 8.37 saniyə nəticə ilə 3-cü yeri tutaraq yarışların bürünc medalına layiq görüldü. 4 x 100 metr məsafəyə kompleks estafet yarışlarında isə o, yenə Alsu Bayramova, Fatimə Alkərəmovaİlahə Rəciyeva ilə birgə çıxış etdi. Komanda, 4 dəqiqə 34.42 saniyə nəticə ilə yenə 3-cü yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]