Altıncı Hiss (film, 1999)

Altıncı hiss (ing. The sixth sense) — amerikan filmi.

Altıncı Hiss
ing. The Sixth Sense
Janr qorxu filmi[1][2], triller filmi, dram filmi
Rejissor Nayt Şyamalan
Prodüserlər
  • Barri Mendel[d]
Ssenari müəllifi Nayt Şyamalan
Baş rollarda Brüs Uillis
Heyli Coel Osment
Toni Kollett
Oliviya Vilyams
Operator Tak Fujimoto
Bəstəkar Ceyms Nyuton Hovard
Distribütor InterCom[d], Touchstone Pictures[d], Netflix
İlk baxış tarixi 2 avqust 1999[3], 30 dekabr 1999[4], 5 yanvar 2000, 1999
Müddət 107 dəq.
Büdcə 40 milyon $
Gəlir 672,806,292 $
Ölkə ABŞ
Dil İngilis
İl 1999
Rəng Rəngli
Çəkiliş yeri Filadelfiya[5]
IMDb ID0167404
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məlumatlar[redaktə | mənbəni redaktə et]

Film haqqında[redaktə | mənbəni redaktə et]

  • Bir çox rejissorlar filmin final hissəsini işin başlanğıc mərhələsində lentə alır. Amma Şyamalan final səhnəni son çəkiliş günü lentə aldı.
  • Rejissor filmini 1973-cü ildə çəkilmiş "İblisi sürgün edən" və 1980-ci ildə lentə alınmış "Adi insanlar" filmlərinin simbiozu hesab edir.
  • 2000-ci ildə film evdə fərdi baxış üçün ən tələb edilən film oldu. Film "Horror" janrında "Oskar" mükafatına layiq görülmüş 4 filmdən biridir. Təqribən 80 milyon tamaşaçı filmi evdə izləyib.
  • Heyli Coel Osment Koul rolunu əldə etmiş kastinqə qalstukla gəlmiş yeganə namizəddir. Şyamalan ssenarinin ona aid hissəsini oxuyub-oxumadığını soruşanda, Heyli ssenarini üç dəfə oxuduğunu deyir.
  • Rejissor filmə özü də çəkilib. O, Tonni Kollet Koulu ad günündə baş vermiş hadisədən sonra apardığı həkim roluna çəkilib.
  • Malkolmun qulaq asdığı kasetdə ispanca "Allahım, mən ölmək istəmirəm, məni xilas et" deyilir.
  • Koul rolu Layam Aikenə təklif edilmişdi.
  • Filmdə Brüs Uillisin yaratdığı obraz sağ əli ilə yazı yazır. Həyatda isə aktyor solaxaydır.
  • Brüs Uillisin çəkildiyi digər "12 meymun" filmi ilə "Altıncı hiss" filmi arasında çox bənzərliklər var. Hər iki filmdə də baş qəhrəmanın adı Kouldur. "12 meymun" filmində Koul "gördüyüm hər bir insan, əslində meyitdir" cümləsini işlədir. Eyni cümlə "Altıncı hiss" filmində də istifadə olunur. Hər iki filmin adı rəqəmlə bağlıdır və Filadelfiyada cərəyan edir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçid[redaktə | mənbəni redaktə et]

  1. http://www.filmaffinity.com/en/film607127.html.
  2. http://www.ofdb.de/film/166,The-Sixth-Sense.
  3. Freebase Data Dumps. Google.
  4. IMDb (ing.). 1990.
  5. https://www.fantrippers.com/fr/magazine/article/439-les-lieux-de-tournage-de-m-night-shyamalan.