Altıncı hiss (film, 1999)

Altıncı hiss (ing. The Sixth Sense) — M. Nayt Şyamalanın rejissorluğu ilə 1999-cu ildə çəkilmiş amerikan psixoloji triller filmi. Film ölü insanları görüb onlarla danışa bildiyini söyləyən gənc oğlan və onunla işləyən psixoloq haqqındadır. Psixoloq rolunu Brüs Uillis, gənc oğlanı isə Heyli Coel Osment oynayır.[14]

Altıncı hiss
ing. The Sixth Sense
Janr qorxu filmi[1][2], triller filmi, dram filmi
Rejissor
Prodüserlər
  • Ketlin Kennedi[d]
  • Frenk Marşall[d]
  • Barri Mendel[d]
Ssenari müəllifi
  • M. Nayt Şyamalan[d]
Baş rollarda
İstehsalçılar Spyglass Media Group[d], The Kennedy/Marshall Company[d], Hollywood Pictures[d]
Distribütor InterCom[d], Touchstone Pictures[d], Netflix
İlk baxış tarixi 2 avqust 1999[7], 30 dekabr 1999[8], 5 yanvar 2000, 1999, 6 avqust 1999[9]
Müddət 107 dəq.
Büdcə 40.000.000 $[10]
Gəlir 672.806.292 $[11], 293.506.292 $[12]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Filadelfiya[13]
IMDb ID0167404
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Bir çox rejissorlar filmin final hissəsini işin başlanğıc mərhələsində lentə alır. Amma Şyamalan final səhnəni son çəkiliş günü lentə aldı.
  • Rejissor filmini 1973-cü ildə çəkilmiş "İblisi sürgün edən" və 1980-ci ildə lentə alınmış "Adi insanlar" filmlərinin simbiozu hesab edir.
  • 2000-ci ildə film evdə fərdi baxış üçün ən tələb edilən film oldu. Film "Horror" janrında "Oskar" mükafatına layiq görülmüş 4 filmdən biridir. Təqribən 80 milyon tamaşaçı filmi evdə izləyib.
  • Heyli Coel Osment Koul rolunu əldə etmiş kastinqə qalstukla gəlmiş yeganə namizəddir. Şyamalan ssenarinin ona aid hissəsini oxuyub-oxumadığını soruşanda, Heyli ssenarini üç dəfə oxuduğunu deyir.
  • Rejissor filmə özü də çəkilib. O, Tonni Kollet Koulu ad günündə baş vermiş hadisədən sonra apardığı həkim roluna çəkilib.
  • Malkolmun qulaq asdığı kasetdə ispanca "Allahım, mən ölmək istəmirəm, məni xilas et" deyilir.
  • Koul rolu Layam Aikenə təklif edilmişdi.
  • Filmdə Brüs Uillisin yaratdığı obraz sağ əli ilə yazı yazır. Həyatda isə aktyor solaxaydır.
  • Brüs Uillisin çəkildiyi digər "12 meymun" filmi ilə "Altıncı hiss" filmi arasında çox bənzərliklər var. Hər iki filmdə də baş qəhrəmanın adı Kouldur. "12 meymun" filmində Koul "gördüyüm hər bir insan, əslində meyitdir" cümləsini işlədir. Eyni cümlə "Altıncı hiss" filmində də istifadə olunur. Hər iki filmin adı rəqəmlə bağlıdır və Filadelfiyada cərəyan edir.
  1. 1 2 3 http://www.filmaffinity.com/en/film607127.html.
  2. 1 2 http://www.ofdb.de/film/166,The-Sixth-Sense.
  3. 1 2 3 4 http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=22092.html.
  4. 1 2 http://www.metacritic.com/movie/the-sixth-sense.
  5. 1 2 3 http://www.cinematografo.it/cinedatabase/film/il-sesto-senso/36430/.
  6. http://www.imdb.com/title/tt0167404/fullcredits.
  7. Freebase Data Dumps. Google.
  8. The Sixth Sense // IMDb (ing.). 1990.
  9. The Sixth Sense // IMDb (ing.). 1990.
  10. The Sixth Sense // IMDb (ing.). 1990.
  11. http://www.boxofficemojo.com/movies/?id=sixthsense.htm.
  12. Box Office Mojo (ing.). 1999.
  13. https://www.fantrippers.com/fr/magazine/article/439-les-lieux-de-tournage-de-m-night-shyamalan.
  14. Ganz, Jami. "M. Night Shyamalan says 'The Sixth Sense' isn't a horror film". New York Daily News. January 31, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.