Alt pliosen

Alt pliosenAzərbaycanda yerləşmiş geniş neft-qaz yığımları Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Məhsuldar qat və onun analoqu olan Qırmızı qat çöküntüləri PaleogeninNeogenin digər stratiqrafik vahidlərinə nəzərən dana böyük qalınlığa malikdir (4500–5000 m-ə qədər).[1]

Litoloji tərkibi[redaktə | mənbəni redaktə et]

Məhsuldar qatın kəsilişi aşağıdan yuxarıya iri qırıntılı materialın ardıcıl olaraq artdığı qumlu-gilli qumlu-gilli, bəzən kobud qırıntılı süxur lay və dəstələrin ritmik növbələşməsindən ibarət olan qalın kontinental-dəniz çöküntüləri kompleksindən ibarətdir.

Geoloji inkişaf tarixi[redaktə | mənbəni redaktə et]

Pont əsrinin sonunda Paleoxəzərin səviyyəsinin kəskin enməsi nəticəsində məhsuldar qat hövzəsinin Şimal Paratetisdən tam təcrid olunmasına, Paleovolqa, Paleouzboy və Paleokür kimi çay sistemlərinin geniş inkişafına səbəb olmuşdur. Çöküntütoplanma prosesi müasir Cənub Xəzərin hüdudunda yerləşən təcrid olunmuş erkən pliosen hövzəsində və həmçinin bu hövzəyə tökülən çay arteriyalarında baş vermişdir. Məhsuldar qat tavanı və dabanının yaşı vulkan külü araqatlarına görə, uyğun olaraq, 3,2 və 6,0 mln. il hesablanmışdır. Qısa geoloji dövr ərzində böyük qalınlıqlı terrigen materialın toplanması BöyükKiçik Qafqazın inkişafı kimi baxılır.

Qalınlığı[redaktə | mənbəni redaktə et]

Minimal qalınlıq Cənubi Xəzər meqaçökəkliyinin şimal-qərbində 500–700 m-dir. Maksimal qalınlıq isə cənub-şərqdə 3000–4500 m-ə qədər çatır.

Biofasial xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Məhsuldar qat faunası (in situ): foraminiferlər — Ammonia beccarii (Linne), Elphidium macellum Ficht, Nonion sp., ostrakodlar — Leptocythere praebacuana Liv., Loxocjncha djaffarovi Schn. Iiocypris bradyi Sars. Məhsuldar qat çöküntüləri Abşeron yarımadasında, Abşeron və Bakı arxipelaqlarında, Ceyrankeçməz depressiyasında, Ələt tirəsində, Aşağı Kür depressiyasında və Xəzəryanı rayonda geniş yayılmışdır. Litoloji-mineraloji xüsusiyyətinə görə Məhsuldar qat çöküntülərinin Abşeron, Cənub Xəzər, Qobustan, Aşağı Kür, Xəzəryanı fatsial tipləri ayrılır. Azərbaycanın ən zəngin neft-qaz yataqları məhsuldar qat çöküntülərində yerləşir.

Öyrənilməsi[redaktə | mənbəni redaktə et]

Məhsuldar qat çöküntüləri ilk dəfə N.N.Barbot-de Marni və S.Simonoviç (1891) tərəfindən Abşeron yarımadasının Binəqədi kəndi ətrafında ayrılmış və təsvir edilmişdir. Şeqren (1891) bu çöküntülərə "Balaxanı seriyası", P.Y.Valaroviç (1909) isə "Məhsuldar qat" adlandırmağı təklif etmişlər. M.V.Abramoviç (1912) məhsuldar qat aqçaqıl ilə spirialisüstü qatlar arasında olmasını müəyyən etmiş və onu 1-ci, 2-ci, 3-cü dəstəyə və alt şöbəyə bölməyi təklif etmişdir. N.İ.Uşeykin (1916) ilk dəfə olaraq, məhsuldar qat hazırda qəbul olunmuş sxemini vermişdir (yuxarıdan aşağıya): suraxanı, sabunçi, balaxanı və fasilə dəstələri, qırməkiüstü gilli, qırməkiüstü qumlu, qırməki, qırməkialtı dəstələr. Sonralar bu sxemə məhsuldar qat ən alt bölgüsü kimi "qala" lay dəstəsi (Qorin, Babazadə, 1936) əlavə edilmişdir.

Məhsuldar Qat Üst şöbə Suraxanı lay dəstəsi
Sabunçu lay dəstəsi
Balaxanı lay dəstəsi
Fasilə lay dəstəsi
Alt şöbə Qırməki üstü gilli lay dəstəsi (QÜG)
Qırməki üstü qumlu lay dəstəsi (QÜQ)
Qırməki lay dəstəsi (QD)
Qırməki altı lay dəstəsi (QAD)
Qala lay dəstəsi (QaD)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
  • Cənubi Xəzər meqaçökəkliyinin dərinlik quruluşu və neftlilik-qazlılığı — K.M.Kərimov, H.Ö.Vəliyev — BAKI-ELM-2003

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.