Altan Tobçi

"Altan Tobçi"[1] (monq. Алтан товч, ᠠᠯᠲᠠᠨ ᠲᠣᠪᠴᠢ; mənası – "qızıl düymə", "qızıl külliyyat") — XVII əsrə aid monqol salnaməsi, tarixi-ədəbi abidə.[2] Monqolustan tarixşünaslığının unikal irsi hesab edilir. Burada indiki dövrə qədər qorunub-saxlanılmamış köhnə salnamələrdən məlumatlar təkrarlanır.

Altan Tobçi
ᠠᠯᠲᠠᠨ ᠲᠣᠪᠴᠢ
Yazılma tarixi XVII əsr
Orijinalın dili Monqol dili
Janr salnamə[d]
Orijinalı bilinmir

"Altan Tobçi"nin iki variantı indiki dövrə qədər gəlib çatmışdır. Onlar "Kiçik Altan Tobçi" və "Böyük Altan Tobçi"dir. "Kiçik Altan Tobçi" XVII əsrin əvvəllərində ərsəyə gətirilmişdir. Burada dini mövzular üstünlük təşkil edir. Salnamə dünyanın və insanın yaranması haqqında miflərlə açılır, HindistanTibetin padşahları, müqəddəsləri haqqında əfsanələrlə davam edir. Çingiz, Öqedey, Xubilay xanlar haqqında hekayələrlə yanaşı, 270 il ərzində Monqolustanda baş verən əlamətdar hadisələr nəql edilir. "Böyük Altan Tobçi" 1620-ci ildə Ordos monqollarından olan Lubsan Danzan tərəfindən ərsəyə gətirilmişdir. Burada Çingiz xanın mənşəyi müqəddəslər haqqında buddist əfsanələri əsasında müəyyən edilir. "Monqolların gizli tarixi"ndən məlumatlar, çoxlu əfsanələr, xalq atalar sözləri və məsəllər var. Bir çox cəhətdən həmin əsərlə üst-üstə düşür. Orijinal əsərdə göstərilən misralardan əlavə, "Altan Tobçi"də monqol feodalı Hudey-setsenin Ambaqay xanın oğullarına müraciəti, yetim uşağın Çingiz xanın doqquz yoldaşı ilə söhbəti və s. "Altan Tobçi" Çin, rus, yapon dillərinə tərcümə edilmişdir.

  1. Temu̇rpu̇rbu̇], [Lobsangdanjin ; belethėgsen So. Tȯrȯbatu ; erhelegėsen Bu. "Ertrn-u̇ qad-un u̇ndu̇su̇legsen tȯrȯ yoson-u jokiyal-i tobcilan quriyaġsan Altan tobci kemeku̇ orosibai". 東京外国語大学附属図書館OPAC. 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-12.
  2. Жукова, Е. М. (redaktor). "АЛТАН ТОБЧИ" // Советская историческая энциклопедия (rus). Moskva: Советская энциклопедия.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Лубсан Данзан. Алтан тобчи. Пер. с монг. комм. прилож. Н. П. Шастиной/ Изд-во Наука. Гл. редакция восточной литературы. Серия «Памятники письменности Востока. Том 10». М.:1973.
  • Литературный энциклопедический словарь. М.: «Большая Российская энциклопедия». под общ. ред. В.М. Кожевникова и П.А. Николаева. 1987.
  • Галсан Гомбоев, Алтан тобчи. Монг. летопись // Труды Восточного отделения имп. археологического общества, т. 6, 13, 15, СПб., 1858.