Altdan subasma (rütubətlənmə)

Altdan subasma (rütubətlənmə) - altdan rütubətlənmə prosesi təbii mühitin antropogen faktorlarının təsirinə qarşı cavab reaksiyasına parlaq misaldır.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

İlk dəfə bu proses su anbarı yaradılarkən onun sahil boyu qurnt suyunun səviyyəsinin qalxması ilə diqqəti cəlb etmişdir.

Hazırda latdan subasma dedikdə, qrunt suyunun müəyyən səbəbdən kritik həddə (Yer səthindən 1-2 metrə qədər) qədər qalxması başa düşülür.

Yeraltı suların qalxması səbəbləri müxtəlifdir və praktiki olaraq insan fəaliyyəti ilə bağlıdır. Bura yeraltı sudaşıyan kommunikasiyalardan suyun sızması, asfalt döşəmə və ərazidə tikinti aparmaq, küçə, bağ, bağça, yaşıllıqların səmərəli suvarılması, su anbarlarından suyun sızması (filtrasiya) və s. aiddir[1].

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008