Bağçalar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir.[3]
Bağçalar kəndi gürc. სოფელი ბახჩალარი (sopeli baxçalari) | |
---|---|
ბახჩალარი | |
41°25′00″ şm. e. 44°11′53″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Rayon | [[Başkeçid]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.180 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1710[2] |
Kənd Gədi çayının mənsəbində, rayon mərkəzi Başkeçid şəhərindən 17 km qərbdə yerləşir.[4]
Borçalı bölgəsində Bağçalar yaşayış məntəqəsi adına ilk dəfə 1701-ci ilə aid məxəzlərdə rast gəlinmişdir.[5]
Tarixən yalnız etnik azərbaycanlılardan ibarət əhalisi olan kənddə 1721-ci ildə 25 ailə, 1870-c ildə 4 ailədə 27 nəfər, 1926-cı ildə 15 ailədə 104 nəfər əhali yaşamışdır.[5]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan 149 nəfər əhali 100 % etnik azərbaycanlılardan ibarətdir.[6][7]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 146 nəfər əhali yaşayır.[3]
Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb.[5] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[5] Hazırda məktəbdə 10 şagird təhsil almaqdadır.[5]