Altun Tamqan Tarkan

Altun Tamqan Tarkan (d. ? – ö. 724) — İkinci Göytürk imperiyası dövründə yaşamış Göytürk bəyi və İltəriş xaqanla Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı İl Etmiş Yabqunun oğlu.

Altun Tamqan Tarkan
Doğum tarixi Bilinmir
Doğum yeri İkinci Göytürk xaqanlığı
Vəfat tarixi
Vəfat yeri İkinci Göytürk xaqanlığı
Atası İl Etmiş Yabqu
Milliyyəti Türk
Dini Tenqriçilik

Haqqında[redaktə | mənbəni redaktə et]

Altun Tamqan Tarkan İltəriş xaqanQapağan xaqanın kiçik qardaşı İl Etmiş Yabqunun oğludur. İl Etmiş Yabqu İkinci Göytürk Xaqanlığının şərq hissəsinin şadı olmuşdur. O, bu vəzifədə 687-ci ildən 716-cı ilə qədər qalmışdır.[1] 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür.

Altun Tamqan Tarkanın həyatı ilə əlaqəli məlumatlar yox deyiləcək qədər azdır. Özü ilə əlaqəli məlumatlara ölümündən sonra şərəfinə ucaldılmış Altun Tamqan Tarkan abidəsindən çatmaq mümkündür. Altun Tamqan Tarkanın Torğul və Yelgek adlı iki oğlu olmuşdur.[2] Nüfuzlu və etibarlı bəy olaraq yaşayan Altun Tamqan Tarkan 724-cü ildə vəfat etmişdir. András Róna-Tasun fikrincə, elə ölümündən qısa müddət sonra onun adına Altun Tamqan Tarkan abidəsi ucaldılmışdır.[3] Bu abidə Apa Yeğen İrkin tərəfindən yazılmış,[4] Az qövmündən bir nəfər də Altun Tamqan Tarkanın məzarını rəsmlərlə bəzəmişdir.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Takashi SAWA (saka). "Revisiting the Ongi inscription of Mongolia from the Second Turkic Qaanate on the basis of rubbings by G. J. Ramstedt" (PDF). www.sgr.fi. 2017-12-15 tarixində arxivləşdirilib (PDF).
  2. Altun Tamqan Tarkan abidəsi, arxa üzü, 2. sətir.
  3. Ünal, Orçun. İhe Ashete Yazıtı: Yeni Bir Okuma ve Anlamlandırma Denemesi. 2015.
  4. Altun Tamqan Tarkan abidəsi, qabaq üzü, 2. sətir.
  5. Altun Tamqan Tarkan abidəsi, qabaq üzü, 3. sətir.