Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır.[1][2]
Altun Tamqan Tarkan abidəsi və ya İhe Aşete abidəsi | |
---|---|
46°54′51″ şm. e. 104°33′02″ ş. u.HGYO | |
Ölkə | Monqolustan |
Şəhər | Bulqan |
Yerləşir | Bulqan vilayətinin Mogod rayonunda |
Aidiyyatı | Türk xalqları |
Tikilmə tarixi | 724-729 |
Vəziyyəti | ziyan görmüş |
Kateqoriya | Kitabə |
Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir.
Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur. Sağ üst tərəfdə və onun altında Orxon abidələrində də olan dağ keçisi damğası mövcuddur.
Abidənin araşdırılması ilə məşğul olmuş Osava Takaşi abidənin Apa Yeğen İrkin tərəfindən yazıldığını bildirmişdir.[3]
Mətnlər birinci divarın və dağılmış divarın üzərindədir. Birinci daşın ön tərəfində bir relyef ilə iki qısa mətn vardır. Bu mətnlərdən birincisi daşın sağ üst tərəfindən sola doğru üfüqi, aşağıya doğru isə şaquli olaraq yazılmışdır. Digər iki sətir də bu ilk sətirin içinə yazılmışdır. Dördüncü və son sətir isə ilk sətirin altına yazılmışdır. Üzərində mətn olan yıxıq divardakı mətnlər isə günümüzdə demək olar ki, oxuna bilməz vəziyyətə düşmüşdür.[4]
Abidə Göytürk bəyi olan Altun Tamqan Tarkan adına yaradılmışdır. Abidənin bir çox yeri silindiyi üçün mətnlərin mövzusu tam olaraq oxunmamışdır. Ancaq yenə də, oxuna bilən hissələrdən anlaşıldığına görə, Altun Tamqan Tarkan ölümündən insanların kədərləndiyi barədə bildirilir.
Abidə İkinci Göytürk xaqanlığı zamanı yaradılmışdır. Abidənin 724-cü ildə yaradıldığı güman olunsa da, yapon alim Osava Takaşi abidənin 729-cu ildə yazıldığını iddia edir.[5]