Qapağan xaqan (VII əsr – 716, Mancuriya)— Aşina sülaləsindən Göytürk xaqanı. Əsl adı Moçur (阿史那默啜) olmuşdur.
Qutluq Moçur Qapağan xaqan | |
---|---|
阿史那默啜 | |
691 – 716 | |
Əvvəlki | İlteriş xaqan |
Sonrakı | İnel xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VII əsr |
Vəfat tarixi | |
Vəfat yeri | Mançuriya |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | siyasətçi |
Atası | İtmiş bəy |
Uşağı | İnel xaqan |
Dini | Tanrıçı |
664-cü ildə doğulmuş, 682-ci ildə şad təyin olunmuşdu. 692-ci ildə İlteriş xaqan öldü. Onun qardaşı Qapağan xaqan hakimiyyətə gəldi, çünki Bilgə hələ çox gənc idi.
Hakimiyyəti əsasən işğalçı siyasət güdmüşdür. Hakimiyyətə gələn kimi Çinə hücum edən xaqan daha sonra 697-ci ildə kidan tayfalarının Çinə olan üsyanına kömək etdi. Çinin zəifləyəcəyini düşünən Moçur, Kidanların hökmdarı Li Cinçonqun özünü Muşanq xaqan (Özündən başqasına tabe olmayan xaqan - 無上可汗) elan etməsindən sonra fikrini dəyişdi. Muşanq xanın ölümündən sonra yerinə qaynı Su Vanronq keçdi və 697-ci ildə kidanlar bir daha türklərlə ittifaqa girmək yolunu seçdilər lakin xaqan imtina etdi.[1] Həmin ilin yayında xaqan kidanların paytaxtını ələ keçirərək, üsyanı birdəfəlik məğlub etdi. Qapağan təxəllüsünü bu vaxt aldı.
İmperatriça bu köməyinə görə onu şanyü kimi tanıdı. Lakin xaqan strategiya dəyişərək Çinə hücum etdi - Linçjou və Şançjounu yağmaladı. 697-ci ildə xaqan bu şərtlər altında sülh təklif etdi:
İmperatriçaya bu sülhün təklif edilmə səbəbi xaqanın öz qızlarını evləndirdiyi Tan sülaləsinin hakimiyyətini bərpa edib Çin idarə etmək idi. İmperatriça bu istəklərdən sonra öz qardaşı nəvəsi Vu Yanqçunu İ武延秀) evlilik üçün göndərdi. Xaqan isə onu sülaləsindən yox Tan sülaləsindən şahzadə istədiyini deyərək özünü "Tan sülaləsinin qoruyucusu" elan etdi.[2] Çox tez bir zamanda 100.000 əsgər toplayan xaqan imperiyanın şimal sərhədlərinə daxil olaraq şəhərləri yağmaladı. Qorxan imperatriça xaqanın ordusuna məktub yollayaraq Qapağanı öldürən şəxsə birinci dərəcədən knyazlıq titulu verəcəyini vəd etdi. Qapağan xaqan bundan duyuq düşərək əsir tutduğu 90.000 çinli əsgərin hamısını edam etdirdi. Türklər Li Şimin dövründən öncəki qüdrətlərinə çatmışdılar.
699-cu ildə xaqan ordunun idarəsini oğulları arasında böldü. 702-ci ildə hücum edərək Çindən 100.000 at qaçırdı. Çinlilər onun arxasınca düşməyə cürət etmədilər.
707-ci ildə Şofan valisi Çaça Sengünü (沙吒忠義) məğlub etsə də Çanq Şenyuan tərəfindən məğlub edildi.
708-ci ildə xaqan Türkeşlərə hücuma keçdi və müharibəyə başladı. Bu arada Çanq Şenyuan Türk-Çin sərhədi sayılan Xuanxe çayını keçdi və çayboyu müdafiə üçün 3 qala ucaltdırdı.
710-cu ildə xaqanın həyat yoldaşı vəfat etdi və başı yas işlərinə qarışdığı üçün müharibələrlə oğlu İnal, Tonyukuk və qardaşıoğlu Bilgə məşğul olmağa başladı. Bolçu döyüşündə türkeşlər ağır məğlubiyyətə uğradıldı.
Xaqan çox qəddar hakimiyyəti ilə tanınırdı. Tez-tez üsyanlar baş verirdi. Doqquz Oğuz tayfalarından olan Bayırquların üsyanında Qapağan xaqan Bayırqu rəisi Hsieçüle tərəfindən 716-cı ildə Mançuriyada öldürüldü.Hsieçüle xaqanın başını Çin səfirinə təqdim etdi. Yerinə oğlu İnal xaqan gəldi.
Qapağan xaqanın bütün oğulları Kültigin tərəfindən 716-cı ildə öldürülmüşdür.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |