Alunogen — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Alunogen | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Al₂(SO₄)₃(H₂O)₁₂·5H₂O[1] |
Strunz təsnifatı | VI/C.04[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Ferrialunogen – tektitsit.
Rəng – ağ, qatışıqlardan asılı olaraq – sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəfi; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 1,77-1,78; Sərtlik – 1-2; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – kəskin turş dadlıdır; suda həll olur; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; kiçik ölçülü prizmatik, lövhəvari; Mineral aqreqatları: incəlifli, böyrək-, salxım- və pulcuqvarı, sıx dənəvər, tozaox-şar kütlələr, qabıqlar, nazik qaysaqlar.
Sulfat turşusu məhlullarının alüminium saxlayan minerallara təsiri nəticəsində kömürlü çöküntülərdə, gil şistlərində, argillitlərdə əmələ gəlir. Çox vaxt sulfid yataqlarının oksidləşmə zonasında rast gəlir. Vulkan fəaliyyətinin təzahür etdiyi rayonlarda fumarol və solfatar çöküntülərində qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirit, markazit, melanterit, epsomit, halotrixit, qoslarit və b. Mineralın tapıldığı yerlər: Vezuvi vulkanı, Possuoli solfatarları (İtaliya); Kollosoruk (Çexiya); Ekvador; Cənubi Avstraliya şt. (Avstraliya). Azərbaycanda Katsdağ yatağında (Balakən rayonu), Bülüldüz filiz təzahüründə (Laçın rayonu) və b. aşkar edilmişdir.