Melanterit

Melanterit – Fe[SO4]•7H2O - monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Melanterit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Fe²⁺SO₄·7H₂O
Strunz təsnifatı VI/C.06
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri[redaktə | mənbəni redaktə et]

Pizanit (Cu), sommayrit (Zn), kirovit (Mg), lükit (Mn).

Xassələri[redaktə | mənbəni redaktə et]

Rəng – təzə sınıqlarda açıq-yaşıl; havada qonur rəng alır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 1,9; Sərtlik – 2; Çox kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl; {110} üzrə orta; Sınıqlar – qeyri-düzgün, tikanlı; Başqa xassələr – dadı sirintəhərdir, ağız büzücüdür; suda həll olur; Morfologiya – kristallar: nadir rast gəlir; prizmatik, psevdoromboedrik, lövhəvari; Mineral aqreqatları: stalaktitlər, qabıqlar, bütöv dənəvər və şüşəvari kütlələr, lifli böyrək- və tozvari əmələgəlmələr.

Mənşəyi və yayılması[redaktə | mənbəni redaktə et]

Pirit, markazit və pirrotininin aşınma məhsulu olub, sulfid yataqlarının oksidləşmə zonasında rast gəlir. Asan oksidləşmə və həll olma qabiliyyətinə görə mineralın nisbətən iri yığınları yalnız daimi donuşluq şəraitində mühafizə olunub qalır. Birlikdə rast gəldiyi minerallar: xalkantit, gips, kopiapit, yarozit, epsomit, zəy və b. Mineralın tapıldığı yerlər: Rio-Tinto (İspaniya); Rammelsberq, Qraul (Almaniya); Falun yaxınlığı (İsveç); Donetsk hövzəsi, Prikarpatye, Zakarpatye (Ukrayna); Azərbaycanda Nehrəm melanterit yatağı (Nehrəmçayın yuxarı axınları) məlumdur. Melanterit həmçinin Filizçay, Katsdağ, Gədəbəy, Çıraqdərə, Daşkəsən və b. yataqların oksidləşmə zonalarında qeyd edilmişdir.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Yığınları əhəmiyyətli miqdarda olan hallarda kimya sənayesində, boya istehsalında, dəri və yunu boyamaq üçün istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]