Alyaska Ankoric Universiteti

Alyaska Ankoric UniversitetiABŞ -ın Alyaska ştatının Ankoric şəhərində yerləşən dövlət universiteti. Bu, Alyaskanın ən böyük ali təhsil müəssisəsidir və Alyaska Universitetləri Sisteminin ən böyük universitetdir.

Alyaska Ankoric Universiteti
Loqonun şəkli
Xəritə
61°11′24″ şm. e. 149°49′37″ q. u.HGYO
Əsası qoyulub 1954
Tələbə sayı 11.953[1]
Ölkə
Sayt uaa.alaska.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AAU həmçinin Alyaskanın cənub-mərkəzi boyunca səpələnmiş dörd İcma kampuslarını idarə edir:

  • Kenai Yarımadası Kolleci
  • Kodiak Kolleci
  • Mat-Su Kolleci
  • Şahzadə Uilyam Sound Kolleci

AAU-nın əsas şəhərciyi şəhər mərkəzindən təxminən dörd mil (6.4 km) cənub-şərqdə yerləşir.

Universitetin Ankoric kampusu beş tədristədqiqat bölməsinə bölünür:

  • İncəsənət və Elmlər Kolleci
  • Biznes və İctimai Siyasət Kolleci
  • İcma və Texniki Kolleci
  • Mühəndislik Kolleci
  • İctimai Səhiyyə Kolleci[2]

Universitet seçilmiş proqramlarda magistr dərəcələri və məzun sertifikatları, həmçinin Məzun bölməsi vasitəsilə əməkdaşlıq edən universitetlərdə seçilmiş doktorantura proqramlarını tamamlamaq imkanı təklif edir.[3]

AAU Kolleclər və Universitetlər üzrə Şimal-Qərb Komissiyası tərəfindən akkreditə olunub.[4]

Universitetin girişi.

1954-cü ildə Ankoric İcma kolleci (AİK) yaradıldı və Elmendorf Hərbi Hava Qüvvələri bazasında tələbələrə axşam dərsləri keçilməyə başladı.

1960-cı illərin sonlarında Ankoricdə dörd illik universitetin yaradılmasına güclü maraq Alyaska Universitetinin, Ankoric Senior Kollecinin (ASC) yaranmasına səbəb oldu. ASC bakalavr və magistr proqramları, eləcə də davamlı təhsil üzrə peşəkar proqramları idarə edirdi.

1962-ci ildə AİK və əyalətdəki digər icma kollecləri Alyaska Universitetinin sisteminə daxil edildi.

1971-ci ildə universitetin ilk buraxılışı keçirildi və burada 265 adama magistr, bakalavr və dosent dərəcələri verildi.

ASC 1973-cü ildə Konsorsiumun kitabxana binasına köçdü. Növbəti il, ilk sinif otaqları və ofis sahəsi tikildikdə, ilk dəfə gündüz kursları təklif edildi. 1977-ci ildə ASC dörd illik universitet oldu və Alyaska Ankoric Universiteti adlandırıldı.

1987-ci ildən universitet böyüməyə və genişlənməyə davam etdi. Sertifikat proqramlarından tutmuş mütəxəssis, bakalavr, magistrdoktorantura dərəcələrinə qədər 200-dən çox proqram Alyaska Ankoric Universitetində təklif olunur.

Universitetin missiyası tədris, tədqiqat və yaradıcılıq yolu ilə biliyi kəşf etmək və yaymaqdır.[5]

Alyaska Ankoric Universitetində Ştatın hər yerindən gələn minlərlə tələbə (təxminən 17,000) təhsil alır. Həmçinin AAU ştatda ən çox veteran tələbəsi olan universitetdir.[6]

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]
Konsorsium Kitabxanası həm AAU-nə, həm də yaxınlıqdakı Alyaska Sakit Okean Universitetinə xidmət edir.
Universitetin bir qrup tələbəsi Elmendorf-Riçardson Hərbi bazasında.
Kampusun şimal-şərq hissəsində yerləşən İncəsənət binasının foyesi.

Alyaska Native Studies (Yerli əhali haqqında tədqiqat proqramı)

[redaktə | mənbəni redaktə et]

UAA-nın akademik proqramlarının diqqətəlayiq cəhəti Alyaska Native Studies proqramıdır. Bu proqrama əsasən bütün bakalavr tələbələri Alyaska Native ilə əlaqəli müəyyən akademik kurslarda ən azı üç krediti tamamlamalıdırlar. Alyaska Native İncəsənət Proqramı yerli Alyaska əhalisinin sənətinə və ənənələrinə olan tarixinə diqqət yetirir. Native Arts studiyası həm ənənəvi, həm də müasir alətlərlə təchiz olunub. Alyaskanın hər yerindən qonaq olan ağsaqqallar, yerli əhalinin mədəni köklərini əks etdirən əşyaları yaratmaq üsullarını öyrədirlər. Bütün tələbələr, mənşəyindən asılı olmayaraq, şəxsi ifadə formasını tapmaq üçün həm ənənəvi, həm də eksperimental təcrübələri araşdırmağa təşviq edilir.[7][8]

Hüquq Məktəbi Tərəfdaşlığı 3+3

[redaktə | mənbəni redaktə et]

Alyaska Ankoric Universiteti hazırda Vaşinqton Universitetinin Hüquq Məktəbi və Oreqon ştatının Salem şəhərindəki Villamette Universiteti Hüquq Kolleci ilə əməkdaşlıq edir. İxtisaslı tələbələrə sürətləndirilmiş cədvəl üzrə, adətən altı il ərzində bakalavr və hüquq dərəcələrini tamamlamaq imkanı verir.[9] Proqramı çox vaxt 3+3 proqramı və ya sürətləndirilmiş JD proqramları adlandırırlar, çünki tələbələr üç il bakalavr, üç il hüquq fakültəsində təhsil alırlar.[10]

Aviasiya texnologiyası

[redaktə | mənbəni redaktə et]

Universitet Tətbiqi Elmlər üzrə bakalavr dərəcələri təklif edir:[11]

  • Hava hərəkətinə nəzarət
  • Aviasiya İdarəsi
  • Peşəkar pilotluq
  • Aviasiya xidmətləri

Alyaska Universitetinin Aviasiya Texnologiyaları bölməsi aşağıdakı üzv universitetlər arasında birgə tədqiqat işi olan Ümumi Aviasiyada Qabaqcıl Mərkəzinin[12] bir hissəsidir:

  • Embri-Riddle Aeronavtika Universiteti
  • Florida A&M Universiteti
  • Şimali Dakota Universiteti
  • Viçiita Universiteti

Kollec və məktəbləri

[redaktə | mənbəni redaktə et]
  • İncəsənət və Elmlər kolleci
  • Biznes və İctimai Siyasət kolleci
  • Təhsil Məktəbi
  • Səhiyyə və Sosial Elmkəri kolleci
  • Tibb məktəbi
  • Tibb bacısı məktəbi
  • Sosial İş məktəbi
  • İcma və Texniki kolleci
  • Mühəndislik kolleci
  • Universitet Fəxri proqramı
  • Ali məktəb
  • AAU Konsorsium Kitabxanası
  • Alvin S. Okeson Kitabxanası
  • Karolin Floyd Kitabxanası (Kodiak Kolleci şəhərciyi)

ABŞ News & World Report, 2020-ci il reytinqində AAU-ni Qərbdəki dövlət regional universitetləri arasında 25-ci, Qərbdəki bütün regional universitetlər arasında isə 62-ci yerdə qərarlaşdırdı.[13]

  • Alyaska Üstünlük Təhsil Qrantı
  • Alyaska Qrant Universiteti[14]

Mərkəzləri və institutları

[redaktə | mənbəni redaktə et]
Homerdəki regional kampus.

Tədqiqat və anlaşma mərkəzi olaraq, AAU şimal əhalisi ilə əlaqəli və yerli və regional iqtisadi inkişafı dəstəkləmək üçün tədqiqat, təlim, ictimai xidmət və digər fəaliyyətlərə maddi yardım edir. Dövlətin böyük resursları və unikal missiyaları bu Yardım proqramları və ixtisaslaşmış tədqiqatlar üçün mərkəzi yer tutur. Proqram Ankoric və Alyaska icmalarının problemlərini, həmçinin milli və beynəlxalq maraq doğuran məsələləri həll edir. Aşağıda universitetin missiyasını dəstəkləyən qurum və mərkəzlərin siyahısı verilmişdir:

  • Alyaska Kənd Sağlamlığı Mərkəzi/Alyaska Bölgəsi Sağlamlıq Təhsili mərkəzi
  • Alyaska Təchizat Zəncirinin İnteqrasiyası mərkəzi
  • Alyaska Təbii İrs proqramı
  • Alyaska Kiçik Biznesin İnkişafı mərkəzi
  • Alyaska Təhsil Siyasəti Araşdırma mərkəzi
  • Alkoqol və Asılılıq Araşdırmaları mərkəzi
  • Davranış Sağlamlığı Araşdırmaları və Xidmətləri mərkəzi
  • İcma İştirakı və Öyrənmə mərkəzi
  • İqtisadi İnkişaf mərkəzi
  • İqtisadi Təhsil mərkəzi
  • İnsan İnkişafı mərkəzi
  • Ətraf Mühit və Təbii Sərvətlər İnstitutu
  • Etika mərkəzi
  • Sirkumpolar Sağlamlıq Araşdırmaları İnstitutu
  • Sosial və İqtisadi Tədqiqatlar İnstitutu
  • Ədliyyə Mərkəzi
  • Montqomeri Dixon Yapon Dili və Mədəniyyəti mərkəzi
  • Psixoloji Xidmət mərkəzi

Tələbə mediası

[redaktə | mənbəni redaktə et]
  • Akkolades — Alyaska Ankoric Universitetinin məzunları üçün jurnal.[15]
  • Alaska Quarterly Reviev — AAU tərəfindən nəşr olunan ədəbi jurnal.
  • Şimal işıqları (The Northern Light) — universitet xəbərləri, idman, sosial hadisələr və əyləncə icmallarını geniş əhatə edən hər çərşənbə axşamı nəşr olunan tələbə qəzeti.[16]
  • Understory — hər hansı AAU bakalavr tələbəsinin təqdimatı üçün açıq olan, yaradıcı yazı və ədəbiyyat üzrə magistr tələbələri tərəfindən idarə olunan jurnal.[17]
  • True North — Jurnalistika və İctimai Kommunikasiyalar Departamentinin tələbələri tərəfindən hazırlanan illik jurnal.[18]

Radiostansiyası

[redaktə | mənbəni redaktə et]
  • KRUA 88.1FM — qeyri-kommersiya radio stansiyası. Həm tələbə heyəti, həm də Ankoric icmasından olan bir çox könüllülər tərəfindən idarə olunur.[19]
  1. Integrated Postsecondary Education Data System. 1992.
  2. Chancellor's Organizational Chart Arxiv surəti 24 aprel 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-04-24 at the Wayback Machine. Accessed April 11, 2016
  3. "UAA Graduate School Degrees Arxivləşdirilib 2016-05-09 at the Wayback Machine". Accessed December 15, 2011.
  4. Directory of Institutions S — U Arxiv surəti 5 yanvar 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine, Northwest Commission on Colleges and Universities, 2013. Accessed 24 Jan. 2013.
  5. "Office of the Registrar - Office of the Registrar - University of Alaska Anchorage". www.uaa.alaska.edu. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  6. Neale Godfrey. "University of Alaska, Anchorage". Forbes. 4 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2015.
  7. "Rasmuson Foundation Distinguished Artists". Rasmuson Foundation. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
  8. "Alaska Native Art | Department of Art | University of Alaska Anchorage". University of Alaska Anchorage. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
  9. University of Alaska Anchorage. "UAA and University of Washington School of Law partner to offer accelerated admission program - Green & Gold News". Green & Gold News. 4 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2015.
  10. University of Alaska Anchorage. "UAA and University of Washington School of Law partner to offer accelerated admission program - Green & Gold News". Green & Gold News. 4 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2015.
  11. "Aviation Technology, Academics," Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine University of Alaska Anchorage, 2012. Accessed 24 Jan. 2013.
  12. "Welcome to CGAR." Arxiv surəti 28 yanvar 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-01-28 at the Wayback Machine Center For General Aviation Research, Embry Riddle Aeronautical University. 2013. Accessed 24 Jan. 2013.
  13. "University of Alaska--Anchorage Rankings". U.S. News & World Report. October 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2019.
  14. Logistics & Supply Chain Education Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Financial Aid at UAA
  15. "Inactive Content". 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
  16. "The Northern Light - Contact US". life.uaa.alaska.edu (ingilis). University of Alaska Anchorage. 2018-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 May 2018.
  17. http://understory.uaa.alaska.edu Arxiv surəti 12 oktyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-10-12 at the Wayback Machine
  18. "True North". 11 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
  19. "About Us". KRUA 88.1 FM. University of Alaska Anchorage. 29 March 2017. 19 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]