Amatunilər

Amatuni yaxud Vaçuteanlar — IV əsrdə Maku ətrafı torpaqları və Oşakan qəsrini idarə edən Kaspi-Midiya mənşəli sülalə.[1] Midiyanın son çarı Astiaqın nəslindən hesab olunurdular. Parfiya hökmdarı I Arşak tərəfindən Ermənistana köçürülən ailə zamanla erməniləşdi.[2]

Amatunilər
Ölkə
Banisi Manue
Hazırkı rəhbər Yoxdur
Əsası qoyulub IV əsr
Milliyyət Kaspi

Görkəmli üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Vahan Amatuni - 428-ci ildə Sasani hökmdarı V Bəhram tərəfindən mərzban təyin olunmuşdur. 451-ci ildə məcburi zərdüştçülüyə üsyan etmişsə də Gürgana sürgün olunmuşdur.
  • Varaz Sapuh - 482-ci ildə ermənilərin Sasanilərə üsyan planını mərzbana xəbər vermişdir.
  • Kotit Amatuni - 596-cı ildə Ktesifonda edam olunmuşdur.
  • Sapuh və Haman Amatuni - 775-ci ildə 12.000 erməni ilə birlikdə Bizansa köçmüşdür.

Sülalə 9-cu əsrdə hələ də Maku və ətrafını idarə edirdi. XIII-XIV əsrdə isə bu sülalə Vaçutean adı ilə tanınmağa başladı. 1826-cı ildən Rusiya imperiyası tərəfindən knyaz ailəsi hesab olunmağa başladı.[3]

  1. Pʿawstos Buzand, Patmuṭʿiwm Hayocʿ, 3.8, 14; 4.4
  2. Musa Xorenli, Ermənistan tarixi. II. 84, 85, III. 43, 51, 65;
  3. Kiril Tumanov, Encyclopaedia Iranica, Amatuni məqaləsi