Astiaq

Astiaq (Herodotda Ἀστυάγης – Astiaqes, Ktesidə Astyigas, Diodorda Aspadas, Akkad dilli mənbələrdə Ištumegu, fars dilli mənbələrdə Ištovigu), əsil adı İştiməngüMidiya dövlətinin e.ə. 585 – 550-ci illərdə hakimiyyətdə olmuş sonuncu hökmdarı, Kiaksarın oğlu. O, e.ə. 550-ci ildə fars şahzadəsi, nəvəsi olan II Kir tərəfindən devrilmiş və bununla da Midiya dövlətinin varlığına son qoyulmuşdur. Prof. Qiyasəddin Qeybullayev Astiaqı "türklərin tarixində qara səhifə açmış" hökmdarlardan sayır.[1]

Astiaq
bayraq
Midiya Dövlətinin V hökmdarı
e.ə. 585 – e.ə. 550
ƏvvəlkiKiaksar
SonrakıII Kir (Əhəməni hökmdarı)
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. VII əsr
Doğum yeri Ekbatan
Vəfat tarixi e. ə. VI əsr
Vəfat yeri Parfiya
Milliyyəti maday
Fəaliyyəti suveren[d]
Atası Kiaksar
Həyat yoldaşı
Uşaqları
Dini Zərdüştçülük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Astiaq 585–ci ildə MidiyaLidiya arasında beş illik müharibənin sonu olan Pteria döyüşündən [mənbə göstərin] sonra hakimiyyətdə atasını əvəz etmişdir. Ona qayınları Lidiyalı KroesusBabilli Navoxadonnozor ilə bigə nəhəng imperiya miras qalmışdı. Navoxadonnozorun arvadı Astiaqın bacısı Amitis idi, hansı ki, əri onun şərəfinə qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin Asma Bağlarını inşa etdirmişdi.

Astiaq özü isə iki imperiya arasında əldə edilmiş razılığa əsasən Lidiya hökmdarı Kroesusun bacısı Arienis ilə evlənmişdi. Astiaqın tacqoyma mərasimi atasınn ölümündən bir il sonra keçirilmişdi. Onun qızı Amitis isə fars şahzadəsi, I Kambizə ərə verilmişdi.

Astiaqın hakimiyyəti dövrü daha çox iki şeylə daimi stabil vəziyyət və inkişafla yadda qalmışdır. Həmin dövrdə imperiya şərqində, dünyanın ən qədim ilahi dinlərindən olan Zərdüştlük təşəkkül tapmış, qərbində Kroesus tərəfindən tanınmış filosoflar (Tales, Solon, Aesop və s.) himayə edilmiş, həmçinin Navoxadonnozor Babil şəhərini inkişaf etdirərək qədim dünyanın ən böyük şəhərlərindən birinə çevirmişdir.

Otuz iki ildən sonra Astiaq nəvəsi II Kirə qarşı olan müharibədə, əksər maday zadəganlarının dəstəyini itirir (bir çoxunu etdiyi hərəkətlərlə özünə qarşı qoymuşdu) və bu da onun müharibədə məğlub olaraq hakimiyyəti itirməsin və Midiya dövlətinin süqutuna səbəb olur. Ksenofonun Kiropediya əsərində də qeyd edildiyi kimi hakimiyyət madaylardan, farslara keçir.

Kir və Astiaq Herodotun qeydlərində

[redaktə | mənbəni redaktə et]
Astiaqın yuxusu (Fransa XV əsr)

Yunan tarixçisi Herodotun verdiyi məlumata görə Astiaq qızı Mandanadan olan nəvəsinin ona qarşı çıxacağı və onun imperiyasını məhv edəcəyi haqqında yuxu görür. Bu qorxunc yuxudan sonra Astiaq qızını, "cəld və ağıllı şahzadə" kimi tanınan və təhlükəli görünməyən I Kambizə ərə verir.[2]

Mandananın övladının onunçün təhlükə doğurması haqqında ikinci yuxudan sonra, Astiaq öz sərkərdəsi Harpaqı qızının övladını öldürmək üçün Persiaya göndərir. Həmin uşaq isə gələcəkdə həqiqətən də Astiaqın hakimiyyətini devirəcək II Kir idi.[3] Harpaq hökmdarın sülaləsindən olan insanın qanını axıtmaq istəmədiyindən, uşağı saxlamaq üçün, arvadı ölü uşaq doğmuş çoban Mitridata verir.[4] Mitridat Kiri öz övladı kimi böyüdür, Harpaq isə Mitridatın ölü doğulmuş uşağını öldürülmüş Kir kimi Astiaqa göstərir.

Oğlan sağ-salamat on yaşına çatdıqda, maqlar bunu öyrənirlər. Astiaq maqların məsləhəti ilə Kiri çobandan alaraq Anşana, əsl valdeynlərinin yanına göndərir. Lakin Harpaq cəzadan qaça bilmir. Astiaq onun doğma oğlunu kəsdirərək, ətindən yemək hazırladır və qonaqlıqların birində onu Harpaqa yedirir.

Kir e.ə. 559-cu ildə hakimiyyətdə öz atasnı əvəz edir və e.ə. 553-cü ildə çoxdan Astiaqdan qisas almaq istəyən Harpaqın məsləhəti ilə babası Midiya hökmdarı Astiaqa qarşı üsyan qaldırır. Bu üsyan tarixə Fars qiyamı kimi daxil olmuşdur. Farslarmadaylar arasında gedən müharibənin üçüncü ilində, Pasarqad döyüşündə maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi devrilir və Midiya dövlətinin varlığına son qoyulur. Kir Astiaqın hakimiyyətini əlindən alır və onu təhqir edir. Hər nə qədər Harpaq sonralar ona lağ etsə də, Astiaq ölümünə qədər sarayını tərk etmir və Kirlə birgə sarayda qalır.

Çox məşhur əfsanəyə görə Kirin süd anası fahişə bir qadın olmuşdur.[5] Herodot qeyd edir ki, çoban Mitridat Astiaqın qullarndan biri – madaylar arasında fahişə fars qadın kimi tanınmış Spakoyla birgə yaşamışdır.[6]

Məğlubiyyəti

[redaktə | mənbəni redaktə et]

Həmin dövrün müasiri olan Nabondin Xronkası döyüş meydanında əsgərlərin Asitiaqa qarşı çıxması səbəbindən məğlub olmasını qeyd etsə də, bu işdə əli olması güman edilən Harpaqın adını çəkmir. Lakin Harpaq Astiaqın hakimiyyətinin ilk dövrlərindən Pasarqad döyüşünə qədər Midiya ordusunun ən yaxşı sərkərdəsi olmuş, onun ailəsi II Kirin qurduğu Əhəmənilər imperiyasında böyük nüfuza malik olmuş, Kirin hakimiyyəti dövründə o, böyük uğurlar qazanmışdır. Bütün bunları nəzərə aldıqda isə ordunun Astiaqa qarşı çıxmasının məhz, Harpaqın əməlinin bəhrəsi olduğunu düşünmək mümkündür.[7] Kir Astiaqı məğlub etdikdən sonra, Midiya dövlətinin paytaxtı, Azərbaycanın ən qədim şəhərlərindən biri[8][9] "bəyaz şəhər", zəngin və gözəl Ekbatan şəhərini talan etdi.

Adın etimologiyası

[redaktə | mənbəni redaktə et]

Herodotun Astiaq kimi yazdığı ad er. əv. 519-cu ilə aid Bisütun qaya yazısının farsca versiyasında İştivequ, babilcə versiyasında İştimequ (bu dildə v səsi yox idi) formalarındadır.[10] İ. H. Əliyev bu adı Elam mənşəli saymış və elamca İştu tanrısının adının əks etdirdiyini yazmışdır.[11] Həqiqətən də Midiyada ondan əvvəl İşteluku və İştesuku şəxs adları məlumdur. Lakin o, adın ikinci hissəsini izah edə bilməmişdir. Qeyd edilməlidir ki, qaya yazısının farsca versiyasında da adın sonunda u səsinin yazılması göstərir ki, bu səs, adətən, asur dilində adların sonuna əlavə olunan u adlıq hal şəkilçisi deyil. Ehtimal ki, ad Elam mənşəli İştu allahının adından və şumercə be şəkilçisindən və gu – mənimdir sözlərindən ibarət olmaqla İştu (allahı) mənimdir mənasındadır. Bəlkə də Elam mənşəli İştu (yaxud hurritcə İştu parlaq) allahının adından, şumercə be – hökmdar, bəy, cənab və ku – mənimdir sözlərindən ibarətdir. Ad hökmdar İştu allahım mənasındadır.[12]

  1. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, Elm, 1994, səh 92
  2. Herodotus correctly names Cyrus' parents, though he does not know that Cambyses was a king. cf. How, W. W., & Wells, J. (1991). A commentary on Herodotus with introduction and appendixes. Oxford [Oxfordshire]: Oxford University Press. i.107
  3. Modern scholarship generally rejects his claim that Cyrus was the grandson of Astyages. cf. How and Wells i.107
  4. Mitridates, or Mithridates, is connected to Mithra, cf. Faustulus, who discovered Romulus and Remus, and his connection with Faunus.
  5. The dog was sacred to Persians. cf. also the legend of Sargon, or the similar legend of Romulus and Remus, suckled by a she-wolf. (lat. Lupa)
  6. Herodotus i.110, Justin (i.4) gives both the legend and Herodotus' rationalized version. cf. How and Well, i.110
  7. Cyrus takes Babylon (530 BCE) Arxivləşdirilib 2016-12-08 at the Wayback Machine (Livius.org)
  8. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, Elm, 1994, səh 112
  9. A. Fazili – Atropatena, Bakı, 1993, səh 156
  10. Дьяконов И. М. История Мидии. М. — Л., 1956, 18
  11. Алиев И. Г. Мидия—древнейшее государство на территории Азер-байджана. "Очерки но древней истории Азербайджана". Баку, 1956, səh 78
  12. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən,Bakı, 1994

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Astiaq
Doğum: ? Vəfat: e.ə. 550
Hakimiyyət titulları
Sələfləri 
Kiaksar

Midiya İmperiyası Şahı

e.ə. 585 - e.ə. 550
Xələfləri 
Yoxdur
(Əhəmənilər imperiyası)
(II Kir)