Ambrolauri Hava Limanı

Ambrolauri Hava Limanı (gürc. ამბროლაურის აეროპორტი) – Gürcüstanın Raça-Leçxumi və Aşağı Svaneti ərazisində yerləşən Ambrolauri şəhərinə xidmət edən kiçik bir hava limanıdır. 2017-ci ildən etibarən, hava limanı 30-50 sərnişin daşıya bilən təyyarə ilə xidmət göstərir.[1]Hava limanını daha da genişləndirmək planı var.

Ambrolauri Hava Limanı
Xəritə

42°31′34″ şm. e. 43°08′09″ ş. u.HGYO


IATA: yoxdurICAO: UGAM
Ölkə

Ambrolauri hava limanının tikintisi 2016-cı ilin avqustunda başlanıb və bu tikinti cəmi 4 ay müddətində davam etmişdir. İlk terminal 2017-ci ilin yanvar ayında açıldı. Aerodromun uzunluğu 1,1 kilometr, eni isə 30 metrdir. Terminal sahəsi 600 kvadratmetrdir və eyni vaxtda 50 sərnişini qəbul edə bilər.[2] "Bu hava limanı yalnız hava limanı deyil, bu, ölkəmizdə həyata keçirilməsi planlaşdırdığımız böyük planlarımızın çox vacib bir hissəsidir", -Giorgi Kvirikaşvili yeni sərnişin terminalının açılış mərasimində bildirmişdi və bunun, yalnız bir başlanğıc olduğunu qeyd etmişdi. Baş nazir, Yeni hava limanını, Raça-Leçxumi bölgəsinə qapı adlandırmışdı.[3]
Hava limanı sayəsində bölgədə hər bir ailənin rifahına təsir göstərəcək turistlərin sayı artacaq. Tbilisi və Ambrolauri arasında reyslər 17 sərnişin üçün nəzərdə tutulan Gürcüstanın "Serviceair" aviaşirkətinin təyyarələri tərəfindən həyata keçirilir. Tbilisidən Ambrolauri'ə qədər daimi uçuşlar yerli və turistlər üçün çox vacib olub, bir saatdan az müddətə həyata keçirilir. Uçuşlar istənilən vaxt, eləcə də əks istiqamətdə yola çıxır. Qeyd etmək lazımdır ki, avtomobil ilə Ambrolauriʼə gedən yol 4-5 saat davam edir. Hava limanının təyyarələri artıq Nataxtaridən KutaisiMestia istiqamətində uçur.
Bu aeroportun tikilişinə qədər Gürcüstanda fəaliyyət göstərən dörd aeroport var idi. Tbilisidə Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı, mərkəzdən 15 kilometr aralıda paytaxtın kənarında yerləşir. Aleksandr Kartveli adına Batumi (Adjara) Beynəlxalq Hava Limanı şəhərdən 2 kilometr məsafədə yerləşir.David Aqmaşenebeli (İmereti) adına Kutaisi Beynəlxalq Hava Limanı şəhər mərkəzindən 14 kilometr qərbdə yerləşir. Böyük Tamara adına Hava Limanı (Mestia hava limanı) kiçik hava limanı yalnız daxili uçuşları həyata keçirir.[4]

  1. Из Тбилиси в регион Рача начали летать самолеты Arxivləşdirilib 2017-01-26 at the Wayback MachineНовости-Грузия (14 января 2017). Дата обращения 14 января 2017.
  2. "Ворота в Рача-Лечхуми: в Грузии открылся пятый аэропорт". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-21.
  3. "Премьер-министр открыл аэропорт Амбролаури". 2015-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-21.
  4. "United Airports of Georgia". 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]