Ambrozio Kontarini (it. Ambrogio Contarini) ; (1429-1499) — Venesiya taciri və diplomatı.
Ambrozio Kontarini | |
---|---|
Doğum tarixi | 1429[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1499[1][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat, tədqiqatçı-səyyah[d], hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Zadəgan ailəsindən olan Kontarini 1463-cü ildə Osmanlı-Venesiya müharibəsi başlayana kimi Osmanlı dövlətinin paytaxtı İstanbulda ticarətlə məşğul olmuşdur. Müharibə Venesiya Respublikasını Osmanlıya qarşı böyük bir ittifaq formalaşdırmağa məcbur etdi. Bu məqsədlə 1474-cü ildə Ambrozio Kontarini Uzun Həsənlə diplomatik əlaqələr qurmaq üçün Ağqoyunlu dövlətinə göndərildi. Kontarini Mərkəzi Avropadan keçməklə 1474-cü ilin avqustunda Təbrizə, oktyabrda isə İsfahana gəldi. Kontarini səmimi bir şəkildə qəbul olunsa da, Uzun Həsən Osmanlıya qarşı ittifaqa razılıq vermədi. Kontarini 1477-ci ildə Venesiyaya qyıdır və "İrana səyahət" (it. VIAGGIO IN PERSIA) adlı xatirələrini yazır.