Amburan burnu

Köhnə Bilgəh burnu[1]Amburan burnuAbşeron yarımadasının şimalında, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. Sarıqayabaşı burnu istisna olmaqla Abşeron yarımadasının ən ucqar şimal nöqtəsini təşkil edir. Bilgəh-Pirşağı yolundan şimalda yerləşir. Burun ərazisidə otel və istirahət məkanları vardır.

Köhnə Bilgəh burnu
Yerləşməsi
40°35′41″ şm. e. 50°04′04″ ş. u.HGYO
Akvatoriya Xəzər dənizi
Ölkə  Azərbaycan
Köhnə Bilgəh burnu xəritədə
Köhnə Bilgəh burnu
Köhnə Bilgəh burnu

Burunun digər adı Amburandır. Bu səbəbdən Amburan mayakının burunda yerləşməsi düşünülür. Ancaq Amburan mayakıı Köhnə Bilgəh burnunda deyil, Qalagah burnunda yerləşir[2].

  1. "Köhnə Bilgəh burnu". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-13.
  2. "Nardaran mayakı - "Yol əhvalatı", Fransa istehsallı fənər". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-13.