Qızılağacyarpaq irqa (lat. Amelanchier alnifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Qızılağacyarpaq irqa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Qızılağacyarpaq irqa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şimali Amerikada təbii halda yayılmışdır. 1800-cü ildən mədəni florada rast gəlinir. XIX əsrdə Avropada İngiltərədə geniş becərilir.
Hündürlüyü 10 m-ə çatan, yarpağı tökülən kol və ya çox böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya dairəvi 2-5 sm uzunluğunda, 1-4,5 sm enindədir. Meyvəsi 0,5-2 sm uzunluğundadır. Çiçəkləri ağ, 2-3 sm diametrində, 3-20 ədəd olmaqla yazın əvvəlində çiçəkləyir. Çiçəkləməsi 7-12 gün davam edir. Meyvəsi alma formalı, bənövşəyi, 5-15 mm diametrində, yayın əvvəlində yetişir. Toxumu qəhvəyi rəngli, 2-3 ədəd 4-5 mm uzunluğunda, 3 mm enində oval hamardır.
Əsasən çay qırağlarında rütubətli qayalıqlarda, meşələrdə işıqlı kölgəli ərazilərdə enliyarpaq meşələrdə bitir.
Azərbaycanda parklarda, bağlarda bəzək bitkisi kimi mədəni şəraitdə becərilir.
Yaşıllaşdırmada tək qrup əkinlərində dekorativ bitki kimi istifadə edilir.