Amelanchier canadensis

Kanada irqası (lat. Amelanchier canadensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.

Kanada irqası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikada, Avropada, Asiyada təbii halda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü təxminən 6 m, dərin olmayan, ancaq enli kökümsovlu ağac və ya iri, çoxgövdəli koldur. Enli, oval, seyrək çətiri nazik, sallaq budaqlarla formalaşmışdır. Gözəl zoğalarına görə bu kolun qışda çılpaq budaqları göyün fonunda zərif şəkil əmələ gətirir. Kolun cavan budaqları qırmızımtıl rənglidir. Yarpaqları sadə yumurtavari, enli 1–5,5 sm uzunluğunda, 1,8–2,8 sm enində, dairəvi gövdədədn çıxan dişli meyvəsi 8–15 mm uzunluğundadır. Erkən yazda bir az qırmızımtıl, yayda göyümtül, payızda tünd qırmızı, qızılı xallıdır. Çiçəkləri süpürgəçiçəkli olub, 4–10 çiçək bir yerdə toplaşır. Çiçəkləməsi bir həftədən çox olmur. Çiçəkləmə vaxtı — yazın axırları və ya yayın əvəlində bütün kolu bürüyən ağ çiçəkləri salxım çiçək quruplarına yığılmışdır (bir çiçək qurupdanda 12-dək çiçək olur). Bu kol çiçəklədikdən sonrada dekorativliyini itirmir. Onda şirin, dadlı, tünd al qırmızı rəngli, göyümtül çaları, parlaq salxımları gözəl yarpaqların fonunda bilinən meyvələr əmələ gəlir. Toxumları 7–10 mm diametrində tünd bənövşəyi rəngdə olur.

İstisevən, rütubətə və torpağa tələbkar, şaxtaya davamlı bitkidir. Yazda azot, payızda kalium-fosfat verilməlidir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir. Azərbaycanda yeni salınan park və bağlarda mədəni şəraitdə becərilir.

Ətraf mühitin çirklənməsinin qarşısını alır. Tək və qrup əkinlərində arxa planda canlı çəpərlərin salınmasında gözəl görünür. Sıx əkinlərdə yerləşdirilməklə bitkinin dekarativliyi itir. Yarpağı tökülən bitkilərlə birgə əkildikdə qışda bağa xüsusi gözəllik verir.

  1. The Plant List (ing.). 2010.