Amerika-Kuba-Arıta adası

Amerika-Kuba-ArıtaLaptevlər dənizində, Lena deltasında yerləşən kiçik ada. İnzibati baxımdan Rusiya Federasiyası Saxa Respublikasının Bulunski ulusu ərazisinə daxildir.

Amerika-Kuba-Arıta adası
rus. Америка-Куба-Арыта
Ümumi məlumatlar
Hündür nöqtəsi 0,4 m
Əhalisi 0 nəfər (2010-cu il)
Yerləşməsi
73°30′17″ şm. e. 127°44′16″ ş. u.HGYO
Ölkələr
Arxipelaq
Akvatoriya
Amerika-Kuba-Arıta adası xəritədə
Amerika-Kuba-Arıta adası
Amerika-Kuba-Arıta adası
Amerika-Kuba-Arıta adası xəritədə
Amerika-Kuba-Arıta adası
Amerika-Kuba-Arıta adası

Ada Lena deltasının şimalında, Tumanski körfəzinə tökülən Osoxtox-Uese qolundan 20 km qərbdə yerləşir. Adadan şimalda artıq açıq dəniz başlayır. Amerika-Kuba-Arıtadan şərqdə və qərbdə yerləşən adalardan eyni adlı boğazla ayrılır. Boğaz 450–500 m enə malikdir. Ətrafında yerləşən adalar (şərqdən saat əqrəbi istiqamətində): Faddey-Arıta, Cyuxan-Arlta, Belyux-Arıta, Naqıy-ArıtaAlxan-Belkyuyu. Amerika-Kuba-Arıtanın şərq hissəsindən bir qədər aralıqda bataqlıqlaşmış adalar da vardır. Onlaın böyük qismi kiçik adalardır.

Ada şərqdən qərbə uzanmış formadadır. Uzunluğu 8 km, eni isə 6 km təşkil edir. Gölün böyük hissəsi bataqlıqlaşmış göllərlə örtülüdür. Elədə böyük olmayan quru parçaları isə adanın şimal-şərq və cənub-qərb hissələrində yerləşir. Bataqlıqların dərinliyi 0,5 m, göllərin isə — 1 metri keçmir. Göllərin uzunluğu 700 metri keçmir. Onların bir qismi şirinsuludur. Hətta dənizlə kiçik axarlarla birləşir. Adanın hündürlüyü ərazidən asılı olaraq 0,1–0,4 metr arasında dəyişir. Adamnın ən hündür nöqtəsi olan 0,4 metrlik hissə adanın şimaı-şərqində yerləşir. Sahilləri hamar və düzdür. Qərb və cənub-qərb hissələrində sahil xətti daimi deyil. adanın ətrafı ilin böyük qismi buzla örtülü olur. Əraziisində əsasən mamır kimi tundra bitkiləri bitir. Ətrad ərazilər ilin bir neçə ayı müddətində buzdan azad olur.

Etimalogiya və tarix

[redaktə | mənbəni redaktə et]

Adanın saxa dilindən tərcümə Amerika Ququşunun adası[1]. sah:Куба sözü saxa dilindən təscümədə qu mənasını verir. Bu adla bağlı bir çox coğrafi adlar vardır. Onların çoxu Lena deltasında yerləşir: Kuba-ArıtaKuba-Muorataqi-Kumax. Amerika adı isə ABŞ dənizçisi Corc de Lonqla bağlıdır[2]. 5 sentyabr 1879-cu ildə De Lonqun "Jannetta" şxunu Herald adası yaxınlığında buzlar arasında parçalanır. Komanda qayıqlarda xilas olmalı olur[3]. Komandanın yan aldığı Amerika-Kuba-Arıtasında xatirə abidəsi qoyulmuşdur. Delonqun adaya çıxdığı hissə adanın şimsalında yerləşir. Bu yürüşdə həlak olmuş erkspedisya üzvləri Kyueqel-Xaya dağında dəfn olunmuşdur. Bu hadisələrdən sonra dağ qeyri-rəsmi olaraq Amerika-Xaya olaraq adlandırılır. Bu yaxınlarda "Yakusk" katerində yürüşə çıxmış iştirakçılar Arktika fədailərinin qəbrlərini ziyarət edərək xaçları bərpa etmişlər.

  1. Изба-читальня — Полярный круг — Топонимика Арктики Arxivləşdirilib 2016-08-11 at the Wayback Machine (rus.)
  2. "Lena deltası". 2010-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  3. Leonard F. Guttridge, Icebound: The Jeannette Expedition’s Quest for the North Pole (Annapolis, MD: Naval Institute Press, 1986) ISBN 0–87021-330-X.