Lena deltası — dünyanın ən böyük deltalarından biridir. Dültanın sahəsi 45 min km²-dir. Təqribi olaraq Laptevlər dənizi daxilinə 150 km daxil olmuşdur. Detla kiçik göllər, adalar və qollarla zəngindir. Dənizə yalnız üç qol dayanmadan suyunu çatdıra bilir: qərbi - Olenyokskaya, mərkəzi — Trofimovskaya və şərqi — Vısovskaya. Bu qolların hamısı gəmiçilik üçün yararlıdır. Ancaq 106 km uzunluğa malik Bıkovskaya qolu Tiksi buxtasına açılır. Burada isə Yakutiyanın dəniz qapısı olan Tiksi limanı yerləşir. Deltada Ust-Lenski qoruğu və Lena-Delta biosfer rezervi yerləşir. Onlar ümumilikdə 60 min. km²[1] sahəni əhatə edir. Deltada böyük həcmdə su quşları yaşayır.
Lena deltasının şimalında Dunay adaları yerləşir.
Lena deltası ilk dəfə 1735-ci ilin avqustunda Vasili Vasileviç Pronçişevin rəhbərlik etdiyi Böyük Şimal Ekspedisiyasının Yenisey-Lena araşdırma dəstəsinin səyi ilə xəritəyə salınmışdır.