Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi

Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi 1980-ci ildə amerikalı tarixçi Hovard Zinn tərəfindən yazılmışdır. Zinn inanırdı ki, ümumilikdə ənənəvi tarix kitablarında ifadə azadlığı məhduddur. O, Amerikan tarixinə yeni nöqteyi-nəzər gətirmək və gələcəkdəki bu tip kitabları dəstəkləmək üçün “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi”ni yazdı. Bu kitab yerli amerikalıların, hinduların, gəlmə avropalılarla arasındakı münaqişəni, ABŞ-nin işğallarını və təcavüzlərini, qulların quldarlığa, fəhlələrin və həmkarlar ittifaqları üzvlərinin kapitalizmə, qadınların patriarxallığa və afroamerikalıların vətəndaş hüquqlarını əldə etmək üçün hökumətə və irqçilərə qarşı olan hərəkətlərini təsvir edir. Kitab 1981-ci ildə Milli Kitab Mükafatı (National Book Award) finalçısı olmuşdur. 2007-ci ildə kitabın sadələşdirilmiş və qısaldılmış forması olan "Gənclər üçün Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"(A Young People's History of the United States)kitabı nəşr edilmişdir.

Kitabın məzmunu

[redaktə | mənbəni redaktə et]

Zinn ABŞ tarixinə elitanın və siyasətçilərin gözündən yox, sadə xalqın gözündən yanaşır. Bu kitabda o, qitənin yerli əhalisi olan hinduların avropalılar tərəfindən öldürülməsini, soyqırıma məruz qalmalarını, öz torpaqlarından qovulmaqlarını ön plana çəkərən oxucunun diqqətinə çatdırır. Ənənəvi tarixdə Amerikanın kəşfi Xristofor Kolumbun dahiliyi olaraq qələmə verilir və ümumilikdə Avropanın qələbəsi kimi qiymətləndirilir, lakin Zinn bu məsələyə avropalıların yox, amerika hindularının gözündən baxır və oların çəkdiyi əziyyəti, gördüyü zülmü qələmə alır. Həmçinin öz kitabında Zinn quldarlığı tənqid edir və quldarlığa iqtisadçıların, siyasətçilərin, prezidentlərin, ideoloqların, plantatorların nötqeyi-nəzərindən yox qaradərili kölələrin gözündən baxır. Kölələrin həyatını, çəkdiyi əziyyətləri, qarşılaşdıqları haqqsızlığı, vəhşiliyi göstərir. Tarixin sonrakı dövründə də ABŞ tarixinə milyonerin, fabrik sahibinin yox, fəhlənin, XX əsrin 20-ci illərində ABŞ soluna prezidentlərin yox, kommunistlərin və sadə xalqın, Vyetnam müharibəsinə generalların, dövlət katiblərinin, siyasi elitanın yox, vyetnamlıların və orada öldürülən ABŞ əsgərlərinin yaxınlarının gözündən baxır.

ABŞ-ni necə tanıyırsız? Əlbəttə ki, II Dünya Müharibəsindən və xüsusilə də Sovet İttifaqının süqutundan sonra dünyaya hökm edən, öz qanunlarını bütün millətlərə mərhəmətsizcəsinə dirəməyə çalışan, kapitalizmin və texnologiyanın ən yüksək səviyyəsinə çatmış, imperialist ölkə olaraq. Amma bir də digər Amerika var. Bu kitabda Howard Zinn məhz bu “digər” Amerikadan bəhs edir. Kolumbun bu böyük qitəni “kəşf etməsi”ndən sonra, bakir torpaqlara köçən xalqların, qırılan və qovulan hinduların, çox böyük sürətlə inkişaf edən kapitalizmin əzib istismar etdiyi işçilərin, torpaqları əllərindən alınan əkinçilərin, irqi-ayrıseçkiliyə məruz qalan qaraların, etiraz musiqisinin və ədəbiyyatın, müharibələrin əleyhinə mübarizə aparan kütlələrin, liberterianların, sosialistlərin və feministlərin apardığı mübarizələr “digər” Amerikanın tarixini, “Amerikan Xalqlarının Tarixi”ni təşkil edir. Hovard Zinn bu epik kitabda Amerikanın qəddar mənfəət mübarizəsi içində, sinfi və irqi müharibələrdən keçərək, dövrlərə bölərək necə ABŞ-yə çevrildiyini göstərir; “digər” Amerikanın dərin humanist formatı, fəlsəfəsi, şiddətli ağrılarını bəzən bir tarixçinin detallarda göstərdiyi diqqətlə, bəzən sosioloqun təhlil metodları ilə, amma həmişə sənətkar həssaslığı və səlis dillə sərgiləyir. Hovard Zinn hadisələrin gedişatını müasir dövrə qədər gətirir və ənənəvi tarixçilərin, diplomatların, dövlət xadimlərinin, TV seriallarının, Holloywood filmlərinin göstərdiyindən çox fərqli Amerikanı zahirə çıxardır. Amerikan domokratiyasının, iki partiyalı sistemin, Ağ Ev fırıldaqlarının daxili mahiyyətini aşkara çıxardaraq bugünkü işsizlərin, evsizlərin, hər il sosial hüquqları daha da ixtisar olunan fəhlələrin, təqaüdçülərin, qadınların Amerikasından bəhs edir.

Müəllifin düşüncələri

[redaktə | mənbəni redaktə et]

"İllər boyu həmişə bu sualla qarşılaşdım: “Amerika Birləşmiş Ştatlarının vərdiş edilmiş tarixindən olduqca fərqli olan bu kitabınızın gənclərə uyğun olduğunu düşünürsünüzmü? Bu hal ölkəmizlə bağlı məyusluq yaratmazmı? Hökumətin siyasətini bu şəkildə tənqid etmək doğrudurmu? Xristofor Kolumb, Endrü CeksonTeodor Ruzvelt kimi xalqın ənənəvi qəhrəmanlarını bu cür alçaltmaq doğrudurmu? Köləlik və irqçiliyə, Hindu qətliamına, işçi sinfinin istismarına və ABŞ-nin Amerikanın aborigenlərini məhv edərək genişlənməsinə diqqət çəkmək vətən xainliyi deyilmi?

Bəzi insanların belə radikal və tənqidi fikirləri nəyə görə gənclərə uyğun görmədikləri məni çox maraqlandırır. Görəsən bu insanlar gənclərin bu mövzuları dərk edə bilməyəcəklərini düşünürlər? Mənə görə gənc oxucuların öz ölkələrinin siyasətinə vicdanlı yanaşacaq yetkinlikdə olmadıqlarını düşünmək yanlışdır. Bəli, bu bir vicdan məsələsidir. Necə ki, fərdlər olaraq öz xətalarımızı düzəltmək üçün vicdanlı olmağımız lazımdır. Milli siyasətimizi qiymətləndirərkən də vicdanlı olmaq labüddür. Mənə görə vətənpərvərlik hökumətin hər etdiyini sorğulamadan qəbul etmək deyil. Hökumətimizin hər etdiyini sorğulamadan qəbul etmək demokratiyaya aid bir xüsusiyyət də deyil. Tələbəliyimin ilk illərində hökumətlərin etdiklərini sorğulamayan bir xalqın diktator və totalitar rejimlərin bir işarəsi olduğu öyrədildi. Əgər demokratik ölkədə yaşayırsınızsa, deməli hökumətin siyasətini tənqid etmək haqqınız vardır.

Demokratiyanın fundamental prinsipləri kaloniyaların bundan etibarən ingilis idarəçiliyini qəbul etməyəcəyini açıqlayan 1776 tarixli İstiqlaliyyət Bəyənnaməsində qeyd olunub. Bəyənnamə dövlətlərin müqəddəs olmadığını, tənqid edilə biləcəyini, çünki “həyat, azadlıq və xoşbəxtliyin davamı” üçün hər bir fərdin bərabər hüquqlarını qorumaq məqsədilə insanlar tərəfindən yaradılmış süni bir sistem olduğunu açıq bir şəkildə sərgiləyir. Bəyənnaməyə görə əgər hökumətlər öhdəliklərini yerinə yetirməsələr “xalq hökuməti dəyişdirmə, ya da ləğv etmə haqqına sahibdir”.

Əgər hökuməti “dəyişdirmək və ya ləğv etmək” xalqın əlindədirsə, hökuməti tənqid etmək də əlbəttə onların haqqıdır. Həmçinin tarixi qəhrəmanların xətalarını göstərərək gəncləri məyus etmə məsələsində narahat deyiləm. Qəhrəman olaraq bizə öyrədilən və bu gözlə gördüyümüz insanların əslində bu heyranlığa layiq olmadıqlarını sərbəstcə deyə bilmək haqqımızdır. Kolumbun bu qitəyə qızıl axtarmaq üçün gəlməsi və ətrafı yandırıb dağıtması nəyə görə qəhrəmanlıq olsun? Qitə aborigenlərini öz torpaqlarından qovdu deyə niyə Andrew Jackson’ı qəhrəman etməliyik? Teodor Ruzvelt İspaniya-Amerika müharibəsinə daxil olduğu, ispanları Kubadan qovduğu və bu arada ABŞ-nin gələcəkdə Kubanın idarəsini ələ keçirməsini asanlaşdırdığı üçün onu nəyə görə qəhrəman etməliyik?

Bəli, hər birimizin qəhrəmanlara, heyran qalacağımız adamlara və insanlara necə yaşamalı olduqlarını göstərən nümunəvi şəxslərə ehtiyacımız var. Lakin mən Kolumbun Baham adalarındakı aborigenlərə qarşı vəhşicə hərəkətlərini gün işığına çıxardan Bartolome de Las Kasası qəhrəman olaraq görməyə üstünlük verirəm. Ana yurdlarından qovulmaqlarına müqavimət göstərən Çeroki hindularını qəhrəman olaraq görməyi üstün tuturam. Mənə görə Filippin adalarında yüzlərlə insan qətl edən Teodor Ruzvelti qınayan Mark Tven də qəhrəmandır. Prezident Vudro Vilsonun amerikalı gəncləri Birinci Dünya Müharibəsinə göndərməsini protest edən Helen Keller də mənə görə qəhrəmandır. Müharibəyə, irqçiliyə və iqtisadi ədalətsizliyə qarşı olan bir insan kimi bu gün ABŞ-də qarşılaşdığımız vəziyyət keçmişdəkindən heç də fərqli deyil".