Tomas Vudro Vilson (ing. Thomas Woodrow Wilson; 28 dekabr 1856[1][2][…] – 3 fevral 1924[1][2][…], Vaşinqton, ABŞ[5]) — Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti (1913–1921). 1919-cu il Nobel Sülh Mükafatı laureatı. ABŞ tarixində elmlər doktoru elmi dərəcəsinə malik olan yeganə prezidentdir.
Vudro Vilson | |
---|---|
ing. Woodrow Wilson | |
4 mart 1913 – 4 mart 1921 | |
Vitse-prezident | Tomas Marşal |
Əvvəlki | Uilyam Taft |
Sonrakı | Uorren Hardinq |
Şəxsi məlumatlar | |
Doğum adı | Woodrow Wilson |
Doğum tarixi | 28 dekabr 1856[1][2][…] |
Vəfat tarixi | 3 fevral 1924[1][2][…] (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], vəkil, akademik[d], dövlət xadimi, politoloq, hüquqşünas, müəllim, yazıçı |
Həyat yoldaşları |
|
Uşaqları | 3 |
Dini | Presviterianlıq |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
6 aprel 1917-ci ildə Vudro Vilson ABŞ-nin Birinci dünya müharibəsinə qatılması barədə qərar verdi. Konqresə müraciətində o, "Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" çağırırdı.
8 yanvar 1918-ci ildə o Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və "14 bənd" adı ilə məşhur olan tezislərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi.
28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib.
Ermənistanın Türkiyəyə ərazi iddiaları ABŞ prezidenti Vudro Vilsonun hamiliyi ilə güclü surətdə dəstəklənirdi. V. Vilson Ermənistan üzərində ABŞ-nin mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. Lakin 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla prezidentin arzusunu rədd etdi.
Vilsonun düşüncələrinə görə insan haqları "Böyük Ermənistan və ermənilərin xilası"ndan ibarət idi. Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə Ərzurum, Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Onun sərhədlərini Vilson təyin edəcəkdi. Lakin elə bu vaxt müzəffər türk ordusu bir-birinin ardınca doğma vilayətlərini güclü hamisi olan düşmənin tapdağından azad edir və məkrli planın reallaşmaq ehtimalını puça çıxarırdı. V. Vilsonun qərarı ilə yaradılmalı olan süni "Müstəqil Ermənistan" iki həftəyə süqut etdi.