Amerika fond birjası

Amerika Fond Birjası (ing. American Stock Exchange) - Əhəmiyyətinə görə ABŞ-nin Nyu-York Fond Birjasından sonra ikinci böyük fond birjası olmaqla kiçik və orta (əksəriyyəti neftqaz sahəsinə aid olan) şirkətlərin qiymətli kağızlarının və Nyu-York birjasında dövriyyədə olan səhmlərə opsionların tədavülü üzrə ixtisaslaşmışdır. Burada bəzi birjadankənar səhmlərin dövriyyəsi də həyata keçirilir. Alıcı və satıcılara rəqabət aparmaq imkanı verən mərkəzləşdirilmiş açıq auksion bazarı kimi fəaliyyət göstərir. 1908-ci ildə Nyu-York  Birjadankənar Agentliyi adı ilə yaradılsa da, “Küçə birjası” adı ilə məşhur olmuşdur. 1953-cü ildən indiki adı ilə tanınır.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.21