Amerikansayağı gözəllik filminin qazandığı mükafatların siyahısı

Amerikansayağı gözəllik 1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə istehsal edilmiş ABŞ drama filmidir. Filmdə Kevin Speysi orta yaş böhranı yaşayan və yeniyetmə qızı Angela Heyesin (Mena Suvari) ən yaxşı rəfiqəsinə vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik tanaşma kimi dəyərləndirilmişdir; filmdə romantik və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələlərinin təsviri tədqiq edilmişdir. Şimali Amerikada 15 sentyabr 1999-cu ildə təqdim edilən film tənqidçilər və izləyicilər tərəfindən müsbət qarşılanmışdır; ilin ən yaxşı rəy alan filmi olan "Amerikansayağı gözəllik" bütün dünyadan $350 milyondan çox gəlir əldə etmişdir. Rəylərdə filmin müxtəlif xüsusiyyətləri xüsusilə Mendes, Speysi və Bolun fəaliyyətinə diqqət yetirilmişdir; tənqid isə daha çox obrazlar və quruluşa yönəlmişdir. Oskar mükafatına aparan yolda filmin şanslarını artırmaq üçün "DreamWorks" geniş təbliğat işlərinə başlamışdır; növbəti il keçirilən LXXII Oskar mükafatlarının təqdim edilməsi mərasimində film İlin Ən Yaxı Filmi, Ən Yaxşı Rejissor işi, Ən Yaxşı Aktyor (Kevin Speysi üçün), Ən Yaxşı orijinal Ssenari və Ən Yaxşı Operator işi nominasiyalarında mükafata layiq görülmüşdür. Film, rejissor, ssenari və aktyor işinə görə bir çox başqa mükafatlara da namizəd göstərilmiş və uğur qazanmışdır.

Amerikansayağı gözəllik filminin qazandığı mükafatlar

Filmin ssenari müəllifi olan Alan Bol bir çox mükafatlara namizəd göstərilmiş və qalib gəlmişdir.
Ümumi qələbə və nominasiya miqdarı
Ümumi 89 160
İstinadlar

"DreamWorks" "Amerikansayağı gözəllik" filminin əsas təbliğat kompaniyasını 5.600 Akademiya Film Mükafatı seçicilərinə bülletenlərin göndərilməsindən beş həftə əvvəl başladı. Baxmayaraq ki, ünvanlı poçt xidmətindən istifadə etmək qadağan edilsə də, "DreamWorks" "təsadüfi, rahat hallarda" seçicilərlə əlaqəyə girməyi bacarmışdı. Əvvəlki il studiyanın "Ən Yaxşı Film" nominasiyasında mükafata namizəd olmuş filmi "Sıravi Rayanı xilas etməli" filmi "Aşiq Şekspir" filminə məğlub olduğuna görə, növbəti il studiya başqa üsuldan istifadə edərək, kompaniya çərçivəsində autsayderlərdən istifadə etmişdir. Studiya üç veteran məsləhətçini işə cəlb edir ki, onlar da "kiçik düşünmə"yi məsləhət görürlər. Nensi Uillen "DreamWorks"ə məsləhət görür ki, "Amerikansayağı gözəllik" filminin istehsal edilməsindən bəhs edən bir video məhsulu hazırlansın, BAFTA mükafatlarının verilməsindən əvvəl isə rejissor Sem Mendeslə müsahibə təşkil olunsun. Deyl Olson məsləhət görür ki, qəzetlərə əlavə kimi Beverli Hillzdə — seçicilərin əksəri məhz burada yaşayırlar – pulsuz məlumat nəşri paylansın. Olson üzvlərinin əksəri seçicilər arasında olan Amerika Aktyorlar fondunda "Amerikansayağı gözəllik" filminin nümayişini təşkil edir. Brüs Feldman Bolu Santa Barbara Beynəlxalq Film Festivalına aparır və o, festival çərçivəsində Entoni Hopkinsin şərəfinə təşkil edilmiş xüsusi naharda iştirak edərək burada seçicilərdən bir neçəsi ilə görüşür.[1]

2000-ci ilin fevralında "Amerikansayağı gözəllik" səkkiz nominasiyada Oskar mükafatına namizəd göstərilmişdir: onun ən yaxın rəqibləri olan "Şərabçıların qaydası" və "Öz adamı" filmlərinin hər biri yeddi nominasiya alırlar. 2000-ci ilin martında bütün istehsal orqanizasiyaları özlərinin əsas mükafatlarını "Amerikansayağı gözəllik" filminə verdilər; bu hadisədən sonra "Amerikansayağı gözəllik" Oskar mükafatına əsas iddialı namizəd kimi qəbul edildi.[2] "Amerikansayağı gözəllik" filminin "Ən Yaxşı Film" nominasiyasında əsas rəqibi "Miramax" studiyasının istehsalı olan "Şərabçıların qaydası" filmi idi. 2008-ci ilin sentyabrında "Empire " jurnalı 10.000 oxucu, 150 film istehsalçısı və 50 film tənqidçisi arasında keçirilmiş səsvermədən sonra "Amerikansayağı gözəllik" filmini "Bütün Zamanların Ən Böyük Filmləri" siyahısında 96-cı yerdə qərarlaşdırmışdır, beləliklə də "Amerikansayağı gözəllik" 1999-cu ilin dördüncü ən reytinqli (Döyüş klubu, MatrisaMaqnoliya filmlərindən sonra) filmi olmuşdur.[3]

Mükafat və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
Mükafat Kateqoriya Ad Nəticə
Oskar mükafatı Ən Yaxşı Film Brüs Koen, Den Cinks Qazandı
Ən Yaxşı Aktyor Kevin Speysi Qazandı
Ən Yaxşı Rejissor Sem Mendes Qazandı
Ən Yaxşı Orijinal Ssenari Alan Bol Qazandı
Ən Yaxşı Operator işi Konrad Hol Qazandı
Ən Yaxşı Aktrisa Annetta Beninq Namizəd
Ən Yaxşı Film Musiqisi Tomas Nyuman Namizəd
Ən Yaxşı Montaj işi Tariq Anvar Namizəd
Amerika Kino montajçıları Ən Yaxşı Montaj edilmiş Bədii film;– Dramatik Tariq Anvar, Kristofer Qrinburi Namizəd
Amerika Komediya Mükafatı Bədii Filmdə Ən Gülməli Aktrisa (Baş Rol) Annetta Beninq Qazandı
Ən Gülməli Bədii Fİlm Namizəd
Bədii Filmdə Ən Gülməli Aktyor (Baş Rol) Kevin Speysi Namizəd
Amerika Kinomatoqraflar Cəmiyyəti KinematoqrafiyadatTeatr çıxışında əldə edilmiş əlamətdar uğura görə Konrad Hol Qazandı
Sənət Rejissorları Gildiyası Bədii filmdə mükəmməl bədii quruluşa görə Naomi Şohan, Devid Lazan, Ketrin Smit Namizəd
Avstraliya Film İnstitutu Ən Yaxşı Xarici Film Brüs Koen, Den Cinks Qazandı
Yaponiya Film Akademiyası Ən Yaxşı Xarici Film Namizəd
Belçika Film Tənqidçiləri Sindikatı Qran Pri Namizəd
BAFTA Ən Yaxşı Fİlm Brüs Koen, Den Cinks Qazandı
Baş Rolda Ən Yaxşı Aktyor Kevin Speysi Qazandı
Baş Rolda Ən Yaxşı Aktrisa Annetta Beninq Qazandı
Ən Yaxşı Montaj işi Tariq Anvar, Kristofer Qrinburi Qazandı
Ən Yaxşı Kinomatoqrafiya Konrad Hol Qazandı
Ən Yaxşı Film Musiqisi Tomas Nyuman Qazandı
Devid Len Mükafatı Sem Mendes Namizəd
Ən Yaxşı ssenari – Orijinal Alan Bol Namizəd
İkinci dərəcəli rolda ən yaxşı aktyor Ues Bentli Namizəd
İkinci dərəcəli rolda ən yaxşı aktrisa Tora Birç Namizəd
İkinci dərəcəli rolda ən yaxşı aktrisa Mena Suvari Namizəd
Ən Yaxşı Səs Skott Martin Gerçin, Skott Millan, Bob Bimer, Riçard Van Dik Namizəd
Ən Yaxşı Quruluçu-rəssam Naomi Şohan Namizəd
Ən Yaxşı Qrim/Saç Taniya MakKomas, Karol A. O'Konnell Namizəd
BMI Film & TV Mükafatı BMI Film Musiqisi Tomas Nyuman Qazandı
Blockbuster Entertainment Mükafatı Ən sevilən aktrisa – Drama Annetta Beninq Namizəd
İkinci dərəcəli rolda ən sevilən aktyor – Drama Ues Bentli Namizəd
İkinci dərəcəli rolda ən sevilən aktrisa – Drama Tora Birç Namizəd
Ən sevilən aktyor – Drama Kevin Speysi Namizəd
Ən sevilən aktrisa – yeni (Yalnız İnternetdən) Mena Suvari Namizəd
BRIT Awards Ən Yaxşı Film Musiqisi Namizəd
Bodil mükafatı Ən Yaxşı Amerikan Filmi Sem Mendes Qazandı
Britaniya Kinomatoqraflar Cəmiyyəri Ən Yaxşı Kinomatoqrafiya Konrad Hol Qazandı
Amerika Rejissorlar Gildiyası Bədii Filmdə Əhəmiyyətli Rejissor Uğuruna görə Sem Mendes Qazandı
Çikaqo Film Tənqidçiləri Assosasiyasının Mükafatı Ən Yaxşı Aktyor Kevin Speysi Qazandı
Ən Yaxşı Rejissor Sem Mendes Qazandı
Ən Yaxşı Fİlm Brüs Koen, Den Cinks Qazandı
Ən Prespektivli Aktyor Ues Bentli Qazandı
Ən Yaxşı Aktrisa Annetta Beninq Namizəd
Ən Yaxşı Kinomatoqrafiya Konrad L. Hol Namizəd
Ən Yaxşı Ssenari Alan Bol Namizəd
Kino Audio Cəmiyyəti Bədii filmdə əhəmiyyətli səs miksinə görə Skott Millan, Bob Bimer, Riçard Van Dik Namizəd
Milli Rəy Kollegiyası Ən Yaxşı Film Qazandı
Uğurlu performans – Kişi Ues Bentli Qazandı
Ekran Aktyorları Gildiyası Ən Yaxşı Aktyor Kevin Speysi Qazandı
Ən Yaxşı Aktrisa Annetta Beninq Qazandı
Ən Yaxşı Kollektiv Kevin Speysi, Annetta Beninq, Tora Birç, Mena Suvari, Ues Bentli, Kris Kuper, Ellison Cenni, Piter Qallager Qazandı
57-ci Qızıl Qlobus mükafatı Ən Yaxşı Bədii Film — Drama Brüs Koen, Den Cinks, Stenli J. Vlodkovski, Alan Bol Qazandı
Ən Yaxşı Rejissor Sem Mendes Qazandı
Ən Yaxşı Ssenari Alan Bol Qazandı
Ən Yaxşı Aktrisa – Drama Annetta Beninq Namizəd
Ən Yaxşı Aktyor – Drama Kevin Speysi Namizəd
Ən Yaxşı Orijinal Film Musiqisi Tomas Nyuman Namizəd
  1. Wallace, Amy (March 28, 2000). "Aggressive campaign may have helped 'Beauty's' win". The Journal Gazette. (Reprinted from the Los Angeles Times.)
  2. McNary, Dave. "Pubs tap 'Beauty,' 'Wing'". Variety. March 23, 2000.
  3. Staff (September 2008). "The 500 Greatest Movies of All Time". Empire.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]