Entoni Hopkins (ing. Philip Anthony Hopkins; 31 dekabr 1937[2][3][…], Port-Talbot[d], Uels[4]) — ABŞ və Böyük Britaniya aktyoru.
Entoni Hopkins | |
---|---|
Philip Anthony Hopkins | |
Doğum adı | Philip Anthony Hopkins |
Doğum tarixi | |
Doğum yeri | Port-Tolbot, Böyük Britaniya |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktyor, rejissor, bəstəkar |
Fəaliyyət illəri | 1967-indiyədək |
Təhsili | |
Boyu | 174 sm |
Mükafatları |
|
IMDb | ID0000164 |
Vikianbarda əlaqəli mediafayllar |
Entoni Hopkins 1937-ci ildə Böyük Britaniyada, Uels qraflığının Port-Tolbot şəhərində anadan olmuşdur. 1963-cü ildə Kral dram incəsənəti akademiyasını bitirir. 1967-70-ci illərdə Britaniya milli teatrında fəaliyyət göstərir. Sonralar ABŞ-yə yollanır və kinolarda çəkilməyə başlayır.
1992-ci ildə "Quzuların sükutu" filmində yaratdığı kanibal-manyak obrazına göre "Oskar" mükafatına layiq görülmüşdür. "Oskar" mükafatı ilə yanaşı 3 dəfə "BAFTA", 2 dəfə "Emmy" və bir dəfə "Cecil B. DeMille" mükafatlarına layiq görülmüşdür.
Rejissor işinə isə 1995-cı ildə Anton Çexovun "Vanya əmi" əsərinin motivlərinə çəkdiyi "Avqust" filmini misal göstərmək olar.
1987-ci ildə Böyük Britaniya şahzadəsi Hopkinsi "Cəngavər" titulu ilə mükafatlandırır. Bu mükafat ona Böyük Britaniya incəsənətinə göstərdiyi misilisiz xidmətləri və onu bütün dünyada layiqliklə yaymasına görə verilir.