Döyüş klubu (film, 1999)

Döyüş Klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller.

Döyüş klubu
ing. Fight Club
Fayl:Döyüş Klubu (film, 1999).jpg
Janr fleşbək filmi[d], dram filmi, triller filmi, roman ekranlaşdırması[d], Psixoloji triller
Əsas mövzu Alter eqo
Rejissor
  • Devid Finçer[d]
İcraçı prodüser Arnon Milçen[d]
Ssenari müəllifləri
Baş rollarda
İstehsalçılar Regency Enterprises[d], 20th Century Fox
Distribütor InterCom[d], Disney+
İlk baxış tarixi 15 oktyabr 1999[1], 11 noyabr 1999[2], 10 sentyabr 1999[1], 10 sentyabr 1999, 1999
Müddət 139 dəq.[3]
Büdcə 63.000.000 $[4]
Gəlir 101.209.702 $[5], 37.030.102 $[5]
Ölkələr
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Los-Anceles
IMDb ID0137523
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir.

İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş Klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş Klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.

Filmin taqlaynı öz dövrünə orijinal olaraq «yalnız hər şeyi tam itirib, azadlığı əldə edəcəyik» adlanır.

Edvard Norton

Filmin baş qəhrəmanı Hekayəçi, «otuz yaşlı oğlan», (Edvard Norton) iri avtomobil şirkətində koordinator vəzifəsində çalışır və işi ilə bağlı tez-tez bir yerdən digərinə köçməyə məcbur olur. Baş qəhrəmanın adı filmin axırına kimi naməlum olur. Həyatın mənasını itirdiyi, «birtipli» insan və məhsullar dünyasına məyus olduğu və daimi yuxusuzluqdan əziyyət çəkdiyi üçün o, ağır xəstələrin toplaşdığı dəstək qruplarına baş çəkməyə başlayır. Bu məşğələlər ona öz həyatında heç də hər şeyin pis olmadığını anlamağa yardımçı olur. O həyatda ki, xərçəng xəstəsi deyilsən və beyin xərçənginə tutulmamısan... Belə qrupların birində Hekəyəçi özü kimi başqa birisinə — Marla Sinqerə rastlaşır.

Təyyarədə Hekayəçi qəribə sabun satıcısı Tayler Dorden ilə tanış olur. Mənzil başına gəlib çıxdıqdan sonra öz evinin partladığını görən Hekayəçi Taylerə zəng edib görüşməyi xahiş edir. Sonradan məlum olur ki, Hekayəçi mənzili özü partladıb. Tayler Hekayəçini sakitləşdirərək deyir: «Sənin əşyaların səni qul ediblər» — və hər şeyə «tüpürməyi» məsləhət görür. Görüşün sonunda Dorden Hekayəçiyə reallığı hiss etmək üçün var gücü ilə onun sifətindən vurmağı təklif edir.

Hekayəçi Taylerin evinə köçür və televizora baxmaqdan imtina edir. Birlikdə onlar «əgər döyüşməmişəmsə, sənin haqda nə bilirəm» prinsipinə əsaslanan «Döyüş Klubu» yeraltı təşkilatını yaradırlar. Burada əsas döyüş sənəti və ya qələbə deyil, əksinə dözmək xüsusiyyəti və nihilizm ruhunda ağrıdan həzz almaqdır. Bu, aydınlıq, azadlıq və xilas verirdi. Hər şənbə keçirilən döyüşdən sonra onun iştirakçıları üçün hər şey dünyada ikinci plana keçirdi. «Klubun birinci qaydası: klub haqda heç kimə deməmək. Klubun ikinci qaydası: heç vaxt, heç kimə klub haqda deməmək».

Özünü təkmilləşdirmə strategiyası əvəzinə onlar şüurlu olaraq özünü məhv etmə strategiyasını üstün tutdular. Hekayəçi öz müdirindən qorxmaqdan vaz keçir. Bunun nəticəsi olaraq klub «artıq insanlar» anarxik qrupuna çevrilir. Klubun üzvləri cəmiyyətə qarşı etirazlarını yanğınlar və vandalizm aktları ilə bildirməyə başlayırlar. Qrup özünü rəsmən «Dağıdıcı» çağırır.

Avtomobil qəzasından sonra Tayler Dorden yoxa çıxır. Qrupun növbəti vandalizmindən sonra polis Hekayəçinin dostu — Robert Palsonu öldürür. Hekayəçi Taylerin izi ilə getməyə başlayır və çox keçmir anlayır ki, o özü elə Tayler Dordendir. O başa düşür ki, Tayler yalnız onun xəyalında idi. Öz növbəsində Dordenin qrupu «Dağıdıcı» layihəsi çərçivəsində ölkəni xaus içinə salmaq üçün kredit kartlarına xidmət edən şirkətləri partladıb, bütün hesabları sıfırlamaq niyyətindədir. «Sivilizasiyadan dəyərli nəyinsə qalması üçün biz onu məhv etməliyik...»

Filmdən səhnə

Filmin qəhrəmanı — Hekayəçi (Edvard Norton) avtomobil şirkətində çalışan sadə adamdır. İşinin mahiyyəti çalışdığı şirkətin məhsulu olan avtomobilin qəzaya düşdüyü əraziyə getmək, məhsullarına dəymiş ziyanı hesablayaraq mərkəzi ofisə ötürməkdən ibarət olur. Hekayəçinin həkimi ona yuxusuzluqdan qurtaran növbəti dərmanı yazmaqdan gözlənilmədən imtina edir və bunun əvəzinə xərçəng xəstəliyindən əziyyət çəkənlərin dəstək qrupunu ziyarət etməyi məsləhət görür; həkimin fikrincə bu ona real əziyyət və bədbəxtçiliyin necə olduğunu göstərəcək və o, qüssədən, sıxılmadan qurtaracaq. Hekayəçi qrupu ziyarət etməyə başladıqdan sonra özündə bərk ağlamaq xüsusiyyətini açır və bununla da yığılan enerjinin müəyyən emosional azadlığına nail olur. Bu cür qruplara getmək onun normal yuxu almağına gətirib çıxardığı üçün o, bəzi digər xəstəlikləri də simulasiya edərək başqa dəstək qruplarına gedir və ağlamaq ilə yığılan emosiyaları çıxarmağa başlayır. Hekayəçi özündən əlavə başqa fırıldaqçı — Marla Zinqeri (Helena Bonem Karter) gördükdən sonra, müəyyən üsullarla əldə edilən rifah pozulur. Marlanın olması qəhrəmana fədakarcasına psixoterapiyaya daxil olmağa maneəçilik törədir və ona yuxusuzluğu qaytarır.

Hekayəçinin həyatı olduqca yekrəngdir: o tez-tez ezamiyyətdə olur, bir cür cihazlardan istifadə edir, standart yemək yeyir. Və beləliklə növbəti ezamiyyətlərin birində qəhrəman təyyarə salonunda Tayler Dorden (Bred Pitt) — sabun hazırlayan və satan birisi ilə tanış olur. Hekayəçi hava limanından öz rahat evinə problemsiz çatır, ancaq mənzilinin güclü partlayış nəticəsində dağıldığını görür. Hansısa altıncı hiss ona Taylerə zəng etməyi pıçıldayır. Hekayəçi Taylerə zəng etməyi qərəra alır, ancaq dəstəyi heç kim götürmür... Ruhdan düşmüş baş qəhrəman taksafondan uzaqlaşmağa hazırlaşır ki, aparata zəng gəlir. Qəhrəman təəcüblə dəstəyi götürür və arxasında Taylerin olduğu aydınlaşır. Beləliklə onlar yerli barların birində görüşürlər. Sağollaşan an Hekayəçi mehmanxana axtarışına çıxacağına işarə edir. Tayler buna cavab olaraq qəhrəmana aydın bildirir ki, o, Hekayəçinin öz evində qalmağına etiraz etmir. Ancaq bir şərtlə: Hekayəçi elə buradaca, barın qarşısında onu bərk döyməlidir. Əvvəl qəhrəman bu qəribə xahişi yerinə yetirməkdən imtina edir, ancaq bir az tərəddüddən sonra Taylerin qeyri-adi məntiqinə əməl edir və onların görüşü qarşılıqlı yumruq davası ilə bitir; bununla belə bir-birini çırpdıqdan sonra hər ikisi həyat və özlərindən razı qalır və birlikdə Taylerin evinə yollanırlar. Bir müddət sonra onlar yenə bara yaxınlaşıb, yenidən döyüşməyə başlayırlar. Onlar öz hərəkətləri ilə bir neçə nəfəri maraqlandırırlar və beləcə barın zirzəmisində «Döyüş klubu» yaranır.

Tayler və Hekayəçi

Bir gün Marla yuxuladıcıdan artıq dozada istifadə edir. Bu haqda Taylerə deyir və o, qızı evlərinə aparır. Bu zaman aralarında cinsi əlaqə olur. Hekayəçi Taylerdən bu haqda Marla ilə danışmağa qətiyyən qadağa qoyur və ondan and alır. Taylerin başçılığı altında «Döyüş klubu» get-gedə «Dağıdıcı» layihəsinə çevrilir və daha böyük dağıdıcı qüvvəyə çevrilir. Qrupun üzvləri cəmiyyətə qarşı etirazlarını vandalizm aktları ilə göstərir. Bununla da döyüş klubları «Dağıdıcı» layihəsinin şəbəkəsinə çevrilir və Hekayəçi buna etiraz olaraq təşkilatdan uzaqlaşır. Güclü mübahisə və avtomobil qəzasından sonra Tayler Hekayəçinin həyatından yoxa çıxır. Layihənin üzvlərindən biri, növbəti tapşırıq zamanı öldükdən sonra Hekayəçi var gücü ilə layihəni bağlamağa çalışır. Taylerin addımlarını izləyərək o, bütün ölkəni gəzir və get-gedə məsələnin daha da mistik xarakterli olduğunu anlayır. O, təşkilatın ölkənin başqa hissəsindəki filialında olarkən oranın üzvlərindən biri qəhrəmana «Tayler Dorden» kimi müraciət edir. Marlaya zəng eləməklə o, anlayır ki, Tayler — onun yalnız alter-eqosudur. Bu zaman Tayler gözlənilmədən Hekayəçinin qarşısında peydə olur və ona bildirir ki, o, yatdığı an Hekayəçinin bədəni ilə idarə edir.

Hekayəçi özündən gedir; o, ayıldıqdan sonra aşkar edir ki, huşu gedən zaman Tayler bir neçə telefon zəngi edib. Qəhrəman onun planlarını izləyərək anlayır ki, Tayler ölkənin əsas maliyyə şəbəkələrinə zərbə endirmək istəyir. Hekayəçi polisə müraciət edir. Ancaq bunun köməyi olmur, əksinə məlum olur ki, polis bölməsində artıq layihənin bir neçə üzvü də var. O üzdən Hekayəçi tək başına binaların əsaslarındakı bombaları zərərsizləşdirməyə çalışır. Ancaq Hekayəçinin əsas rəqibi onun özü, alter-eqosu Taylerdir. Tayler qəhrəmanda olan kiçik-tutmalardan istifadə edərək onun qarşısını almaq istəyir. Onlar döyüşərək binanın ən yüksək mərtəbəsinə çatırlar. Nəhayət Tayler qəhrəmanı nişana alır və bu an Hekayəçi başa düşür ki, əgər Taylerlə eyni bədəndirsə demək onun elə özü silahı tutur. Hekayəçi əqli özünü sıxaraq silahı ağzına gətirir və yanağı tərəfinə atəş açır. Özü sağ qalmasına baxmayaraq Tayler illüziyası yoxa çıxır: qəhrəman əqli və şəxsiyyəti ilə vəhdət qazanır. Tezliklə «Dağıdıcı» layihəsinin iştirakçıları oğurladıqları Marlanı Hekayəçiyə qaytarır və onları rahat buraxırlar. Bundan sonra böyük pəncərənin qarşısında Marla ilə Hekayəçi əl-ələ tutaraq, ABŞ nəhəng maliyyə sisteminin simvolu olan göydələnlərin partlamasına baxırlar...

Filmin posterlərindən biri
Aktyor Personaj
Edvard Norton Hekayəçi
Bred Pitt Tayler Dorden
Helen Bonem Karter Marla Sinqer
Mit Louf Robert Polson
Zak Qrenhye Riçard Kesler
Cared Leto «Mələk»

Bədii özəllikləri

[redaktə | mənbəni redaktə et]

Film Çak Palanikin eyni adlı kitabı əsasında çəkilib. Filmin sonu, kitabın sonu ilə üst-üstə düşmür. Kitabın sonunda bombalar partlamır və qəhrəman psixiatriya müalicəxanasına düşür.[8] «Dağıdıcı» layihəsi funskionallığını itirmir. Baş qəhrəman öldüyünü və cənnətə düşdüyünü düşünür.

Kitab və nəticə etibarilə ssenari də elə qurulub ki, bütün film boyu baş qəhrəmanın adını bilmək olmur. Adətən ona ya «sən», ya da uydurduğu müxtəlif adlar ilə müraciət edirlər.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Filmdə Bred Pittin göstərdiyi partlayıcı maddələr fiktivdir. Yaradıcılar reallığı ictimai təhlükəsizliyə qurban verməyi üstün tutublar.
  • «Döyüş klubunda» Nortonun siqarət çəkən səhnələri var. Bir il əvvəlki "Şuller" filmində siqaret çəkməkdən imtina etmişdir.
  • Film çəkilişləri üçün Edvard Norton 9-10 kiloqram arıqlamağa məcbur olur. Bundan əvvəl «Amerikanın X tarixi» filminə görə o, intensiv olaraq kökəlməyə məcbur olmuşdu.
  • Devid Finçer Britaniya "Empire" jurnalına müsahibədə bildirmişdir ki, filmin hər epizodunda "Starbucks" kofesinin stəkanları var.
  • Tayler filmdə qəhrəmana çevrilməsindən əvvəl 4 dəfə kadr arxasında görsənir (25-ci kadr).
  • Tayleri həmçinin Hekayəçinin mehmanxanadaki televizorda gördüyü aktyorlardan biri kimi görmək olar.
  • «Döyüş klubu» üzvlərindən biri keşişi şlanqla sulayanda ekran müəyyən an tərpənir. Bu, operatorun səhnəyə baxanda gülməyi saxlaya bilməməsi üzündən olmuşdur.
  • Bred Pitt və Helena Bone Karter ilə yataq səhnəsinin demək olar ki, hamısı kompüterdə modelləşdirilib.
  • Filmin çəkilişi zamanı Bred Pitt və Edvard Norton əsl sabun düzəltməyi öyrəniblər.
  • Filmin sonunda "Pixies"-in «Where Is My Mind?» mahnısı səslənir.
  • Slagsmålsklubben İsveç elektron qrupu filmin şərəfinə adlanır.
  • Tayler baş qəhrəmana zəng edəndə, onun telefon aparatında «No Incoming Calls Allowed» (azərb. Gələn zənglər qadağandır‎) yazılıb.
  • Lunun Tayleri döyən səhnədə Taylerin dodaqlarındakı qan bir anlıq yoxa çıxır, növbəti zərbədən sonra yenə yaranır.
  • Baş qəhrəmanın (Norton) ilk dəfə Marla (Karter) ilə danışdığı səhnədə, qızın siqareti ağ filtrlə olur. Ancaq sonra o gözlənilmədən başqa rəngə keçir.
  • Tayler baş qəhrəmanla birlikdə iki nəfər layihə üzvlərinin avtomobildə getdiyi səhnədə, maşın dayananda Tayler sərnişin oturacağından çıxır. Halbuki bir kadr əvvəl maşını məhz o, sürürdü. Bu yaradıcıların Tayler və baş qəhrəmanın — eyni adam olması haqda işarələrindən biridir.

Mükafat və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
  • Ən yaxşı səs rejissorluğuna görə film Oskar mükafatı nominasiyasına namizəd olmuşdur.
  • Film MTV kanalının «ən yaxşı döyüş» nominasiyasının qalibi olub.
  1. 1 2 Fight Club (1999): Release Info (ing.). 1990.
  2. Fight Club (alm.).
  3. Fight Club (1999): Technical Specifications (ing.). 1990.
  4. Fight Club (ing.). 1999.
  5. 1 2 Box Office Mojo (ing.). 1999.
  6. 1 2 3 4 The American Film Institute Catalog of Motion Pictures.
  7. 1 2 3 4 filmportal.de. 2005.
  8. Kitabdan sitat: «... ona görə ki, bəzən kimsə mənim naharımı və dərmanımı gətirir ...»

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]