Aminosirkə turşusu

[1]Aminosirkə turşusu - (H2NCH2COOH) (qlisin, qlikokol, yaxud aminoetan turşusu) amino turşuların ilk nümayəndəsidir.

Aminosirkə turşusu
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Aminosirkə
Kimyəvi formulu H2NCH2COOH
Molyar kütlə 78,11 q/mol
Fiziki xassələri
Sıxlıq 1,607 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 232 °C °S
Qaynama nöqtəsi 236 °C °S
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti 2,35
Təsnifatı
CAS-da qeyd. nöm. 56-40-6
PubChem
ChEBI 15428, 57305
ChemSpider

O 1820-ci ildə Brakonno tərəfindən zülal kleyinin hidrolizindən alınıb, hansı ki, 25% qlisin tərkiblidir və özünün şirin, dadlı olmasına görə qlikakol adlandırılıb (yunanca qlikos-şirin, kolla-kleydir). Qlisin heyvanların ən ibtidai tiplərinin əzələlərində rast gəlir.

Çoxlu sayda (36% ilkin xammalının kütləsindən) ipəyin zülal maddəsinin hidrolizi zamanı əmələ gəlir, kleyin hidrolizindən, susulfat turşusu ilə qaynaması zamanı, həmçinin gippur turşusunun hidrolizindən, hazırda isə qlisin sintetik yolla karbon turşularının xlorlaşdırılmasından, sonradan xlorsirkə turşusunun ammonyakla qarşılıqlı təsirindən alınır.

15 yanvar 2016-cı ildə yeddi illik səyahətdən sonra kosmik gəmi geriyə qayıdarkən ulduz tozundan olan nümunə kapsulasını yerə atır. Bu nümunələrdə qlisinin izləri tapılmışdır. Maddə yer şəraitində əmələ gəlmədiyindən onda yerdəki qlisinə nisbətən daha çox C13 izotopu aşkar olunmuşdur.

2016-cı ilin mayında alimlər qlisinin 67P/ Чурюмова-Герасименко kametin ətrafındakı bulud qazında olmasını elan edilib. Belə ki, aminosirkə turşusunda amino qrupu karboksilinin qonşuluğundakı karbon atomunda yerləşdiyinə görə, bu turşu amino turşulara aiddir.

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Aminosirkə turşusu bütün başqa aminoturşulardan fərqli olaraq optiki aktivliyə malik deyildir.Aminosirkə (aminoetan) turşusu xalq arasında qlisin kimi məlum olan ağ və ya açıq-boz rəngli toz halında kristallik, iyi az, sadə alifatik amino turşulara aiddir. Maddə isti suda yaxşı, efirdə, spirtdə və başqa üzvü həlledicilərdə pis həll olur. Aminosirkə turşusu şirin, rəngsiz, kristal halında kristallaşır, 2280C-də tunc rəngini alır, 2320C-də əriyir.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Burada təqdim olunan aminosirkə turşusu (qlisin) ən sadə amino turşudur. Belə birləşmə həm turşu, həm də əsasi xassələrə malik olduğu üçün amfoter birləşmə adlanır.

Qlisin turşu kimi metal ionları ilə mürəkkəb duzlar əmələ gətirir (qlisenatlar, yaxud xelatlar), natrium qlisinat, dəmir qlisinatı, mis qlisinatı, marqans və s.

Tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]

Qlisin bir çox zülalların və bioloji aktiv birləşmələrin tərkibinə daxildir. Qlisindən diri hüceyrələrdə porfirinləri və purinli əsasları sintez edirlər.

Qlisin həmçinin ikili təsirə malik olan neyromediator aminoturşudur. Qlisin resseptorları baş və bel iliyinin çox hissəsində olur Antioksidləşdirici, antitoksik, antidepressiv xassələrinə görə aminosirkə turşusundan bir çox dərmanların tərkibində istifadə olunur;

  1. yuxunun normallaşması və yatmanın yüngülləşməsi;
  2. əhvalının yaxşılaşması;
  3. əqli fəaliyyətin yüksəlməsi;
  4. sakitləşməyə təsir etməsi;
  5. psixoloji-emosional gərginliyin azalması;
  6. yaddaşın və diqqətin yaxşılaşması;
  7. saçın bərpa olunması və işıldaması;
  8. şirniyyata olan istəyin azalması
  9. dərinin vaxtsız qocalmasının qarşısını alır və s.

Serobrolizin çoxlu miqdarda qlisin tərkiblidir. Özünün xeyirli xassələrinə görə idman yeməklərinə daxildir. Aminosirkə turşusu müxtəlif kübrələr, boyalar, sulfat turşusunun və s. alınmasında istifadə olunur. Raket yanacaqlarında oksidləşdirici kimi istifadə edilir. Fotoqrafiya işlərində baha olmayan aydınlaşdırıcı kimi istifadə olunur.

  • Больщая Энциклопедия Нефти и Газа. www.ngpedia.ru/id 083637p2.html
  1. Больщая Энциклопедия Нефти и Газа. www.ngpedia.ru/id 083637p2.html