Kaliforniya amorfası (lat. Amorpha californica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin amorfa cinsinə aid bitki növü.
Kaliforniya amorfası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Klad: Triba: Cins: Növ: Kaliforniya amorfası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Növün arealı Meksikanın şimalı, Kaliforniya, Arizona, Yeni Meksikadır.
Hündürlüyü 1-2 m-ə çatan sıx budaqlı koldur. Zoğları, salxımın oxları, yarpaqların saplaqları və xırda yarpaqların aşağı hissəsinin damarcıqları ipəkvari tükcüklərlə örtülmüşdür. Yarpaqların uzunluğu 9-20 sm, 11-17 xırda yarpaqcıqlıdır. Xırda yarpaqları uzunsov-ellipsvari, uzunluğu 2,3-4 sm, eni 1,2-2,2 sm, ucu yumru və ya xırda oyuqlu, iynəsiz, enli bünövrəli, üstü parlaq yaşıl, alt tərəfi açıqdır. 2-4 ədəd bənövşəyi çiçəkləri uzunluğu 28 sm-dək olan salxımlarda yerləşir. Kasacığı tükcüklü, üçkünc dişli, onlardan yuxarıda olan ikisi enli və bir az digərlərindən qısadır; yelkənin uzunluğu 5 mm-dir. Paxlaların uzunluğu təxminən 6 mm, qabarıq kürəkli, çılpaq, nöqtəli vəziciklidir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi sentyabrda yetişir.
Dəniz səviyyəsindən 1500 m hündürlükdə yayılmışdır və əhəngli torpaqlarda bitir. Şaxtaya, quraqlığadavamlıdır.
Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya edilmişdir. Suvarılma şəraitində normal böyüyərək inkişaf edir. Yüksək cücərmə qabiliyyətinə malik keyfiyyətli toxum verir.
Park və bağlarda canlı çəpərlərin salınmasında istifadəsi məqsədyönlüdür.