Amundsen çökəkliyi[1] — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Lomonosov silsiləsi arasında yerləşən okean çökəklliyi.
Amundsen çökəkliyi | |
---|---|
Ümumi məlumatlar | |
Eni | 200-400 km |
Uzunluğu | ~2000 km |
Dərinliyi | 4485 m |
Yerləşməsi | |
81° şm. e. 120° ş. u.HGYO | |
Akvatoriya | Şimal Buzlu okeanı |
Yerləşməsi | Neytral sular |
|
Çökəkliyin uzunluğu 2000 km, eni 200—400 km, dərinliyi isə 4485 metrdir. Çöküntülərin qalınlığı təxminən 2000 metrə bərabərdir. Çökəkliyin dibi dəmir–manqan gilli lildən ibarətdir.
Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Roald Amundsenin adından almışdır.