Qekkel silsiləsi)[1] — sualtı silsilə Şimal Buzlu okean daxilində Nansen çökəkliyi ilə Amundsen çökəkliyi arasında yerləşir. Orta Atlantika silsiləsinin davamını təşkil edir.
Silsiləsi vulkanik suxurlardan təşkil olunmuşdur. Burada rift dərələri vardır ki, onların uzunluğu 20–30 km arasında dəyişir. Uzunluğu 1000 km, ümumi hündürlüyü isə 4 km-dir. Ən hündür zirvəsi okean səthindən 400 metr dərinlikdə yerləşir və Lelin Komsomol dağı adlanır.
Silsilə ilk dəfə sovet alimi Yakov Qakkel tərəfindən aşkarlanmışdır. Qərb mənbələrinfə bəzən «Nansen — Qakkel» silsiləsi adlandırılır.