Amur üzümü


Vitis amurensis (lat. Vitis amurensis) — Yapon dənizinin sahilində Muli çayınadək, qərbdə Priamuryedə-Zei Çayınadək, Manjuriya, Priamurye, Çin, Koreya meşələrində bitir. Uzaq Şərqin subtropik bitkilərinin relektidir.

Amur üzümü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Gövdəsinin diametri 5-10 sm, salxımın uzunluğu 20-25 m-dək olan lianadır. Zoğları yaşıl və ya qırmızımtıl, payızda qırmızı-qonur rəng alır. Yarpaqları formaca dəyişkən - bütöv, üç və ya beş hissəli, yumurtavari və ya yumru ola bilər. Kənarları dişlidir, üstü çılpaq, alt tərəfi tükcüklüdür, ölçüsü 9-dan 25 sm-dək dəyişir. Xırda, balverici çiçəkləri çox sıx olmayan salxımlara yığılmışdır. May ayının ikinci ongünlüyündə çiçəkləyir. Amur üzümü ikievli bitkidir. Meyvələri şarşəkilli, qara və ya bənövşəyi, bəzən tünd göy, çox turşdan şirinədək, diametri 12 mm-dək, qalın qabıqlı giləmeyvədir. Giləmeyvələrin ləti sulu, turştəhərdir. Sentyabrın axırları yetişir.

Şəhər şəraitini yaxşı keçirir. Tüstüyə və qaza davamlıdır. Nəmişlik sevəndir. Çay vadiləri, meşə, dağ yamaclarında rast gəlinir, ağaclara dırmaşır və torpaqda sürünür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Şaquli yaşıllaşdırmada dekorativ bitki kimi istifadə oluna bilər. Üzümün cavan, sulu zoğları və yarpaqları salatda istifadə edilir.

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.