Ançousabənzər kilkə

Ançousabənzər kilkə (lat. Clupeonella engrauliformis) — kilkələr cinsinin nümayəndəsidir.

Ançousabənzər kilkə
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Koqorta:
Dəstəüstü:
Yarımdəstə:
Fəsilə:
Cins:
???:
Ançousabənzər kilkə
Beynəlxalq elmi adı
  • Clupeonella engrauliformis[1]

Bu kilkə Cənubi və Orta Xəzərin sahildən aralı, dərinliyi 20 m-dən çox olan hissələrində, əsasən isə dairəvi axın zonasında, 50–200 m dərinliklərdə yayılmışdır. Dənizin 200 m-dən dərin hissələrində də ançousabənzər kilkəyə təsadüf edilir.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Bədəni oxlovşəkilli, alçaq, qarıncığı dəyirmiləşmişdir, kili güclə seçilir. Qalınlaşmış beli tünd göy rəngdədir. Ağzı kiçikdir. Gözləri xırdadır, anal üzgəcin iki son şüası uzanmışdır. Bel üzgəcində 12-14,anal üzgəcində 16-18 şüa olur.Uzunluğu 14,5-15,5 sm-ə, kütləsi 20 q-a qədər çatan bu kilkə 7 ilə qədər yaşayır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Dəniz balığıdır, şirin suya getmir. Nisbətən istisevərdir. 6-28°,qışda isə 9-11 °C temperaturda rast gəlinir. Yazda əsas kütləsi Orta Xəzərə miqrasiya edərək qismən Şimali Xəzərə girir, ancaq şirinləşmə sərhəddindən o yana keçmir. Əsasən plankton xərçəngləri və molyusk sürfələri ilə qidalanır. Yayda işıqlı vaxtda intensiv şəkildə qidalanır.Ançousabənzər kilkələr əsasənisə bütün kilkələr kimi digər yırtıcı balıqların qidasını təşkil edir.

1-2 yaşında cinsi yetişkənliyə çatan hər dişi balıq 9,8 - 61,0 min ədəd kürü verir.Bu balığın kürü tökməsi may ayından başlayaraq dekabr ayına qədər davam edir. Kütləvi halda payız kürütökməsi oktyabr-noyabr aylarında Xəzərin dairəvi axın sahələrində 20–25 m dərinlikdə, həmçinin 200 m və daha çox dərinliklərdə baş verir.Kürütökmə günün qaranlıq vaxtı, suda temperatur 15-25 °C olduqda müşahidə edilir. Mayalanmış kürülərdən 20 °C-də, 26 saatdan sonra sürfələr əmələ gəlir. Kürülər çox yüngül olduğu üçün onların inkuba-siyası və eləcə də kürüdən çıxmış sürfələrin inkişafı dənizin üst qatında gedir.Dəniz səthinin hidroloji rejimi dəyişkən olduğu üçün ançousabənzər kilkələrin mayalanmış kürülərinin və kürüdən çıxmış sürfələrin sayı suyun hidroloji rejimində baş verən dəyişikliklərdən asılı olur.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda olan 3 növ kilkədən əsas vətəgə obyekti ançousabənzərdir.Tutumlarda onun payı 80 %-i aşır. Piy miqdarı 1,3-dən 6,4-ə qədər dəyişir. Qış mövsümündə vətəgə əhəmiyyətli ançousabənzər kilkə sürülərinə gündüz Cənubi Xəzərin 60–80 m, gecə isə 30–50 m dərinliklərində təsadüf etmək olar. May ayında kilkələr gündüz dənizin 30–50 m, gecə isə 15–20 m dərinliklərində toplanır. Vətəgə əhəmiyyətli ançousabənzər kilkə sürüləri müxtəlif yaşda olan kilkələrdən ibarətdir. Ovlanmış kilkələrin uzunluğu 92,9-104,5 mm, kütləsi 5,1 -8,2 q arasında olur. Ançousabənzər kilkəni xüsusi konusşəkilli torlarla, dəniz səthini süni işıqlandırmaqla ovlayırlar.[2]

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 70.
  2. H.S.Abbasov,R.V.Hacıyev İxtiologiya.Bakı,2007,səh 167

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

АНЧОУСОВИДНАЯ КИЛЬКА

  1. Integrated Taxonomic Information System (ing.). 1997.
  2. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z. «Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh45.