Antonov An-225 Mriya (ukr. Мрія — "arzu"; NATO kod adı: Cossack — "Kazak") — dünyanın ən böyük yük təyyarəsi.
Antonov An-225 | |
---|---|
Ан-225 | |
| |
Tipi | An-225 |
Hazırlayan | Antonov (şirkət) |
İstehsalçı | Ukrayna |
İlk uçuş | 21.12.1988 |
İstismara verilmə tarixi | 1989[1] |
İstimarının bitmə tarixi | 27.02.2022 |
Status | Rusiya tərəfindən vurulması |
İstismarçılar |
Ukrayna Antonov |
İstehsal ili | 1985 |
Buraxılış sayı | 1 |
Baza modeli | Antonov An-124 Ruslan[2][3][…] |
Vikianbarda əlaqəli mediafayllar |
1984–1988-ci illərdə Ukrayna SSR-də Antonov konstruktor bürosu tərəfindən Kiyev Mexaniki Zavodunda istehsal edilmişdir. Təyyarənin ilk uçuşu 1988-ci il dekabrın 21-də baş tutmuşdur. Əsas məqsəd böyük raketlərin, kosmik gəmilərin daşınması olmuşdur.
Təyyarənin uzunluğu 84 metr , hündürlüyü 18,1 metr, qanadlarının ucları arasındakı məsafə 88,4 metrdir. Yük kabinəsinin eni 6,4, hündürlüyü 4,4, uzunluğu isə 43 metrdir. Heyətin sayı 7, sərnişin tutumu isə 88 nəfərdən ibarətdir. Təyyarənin maksimal qalxış çəkisi 640 ton olub.[4]
27 fevral 2022-ci ildə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Antonov An-225-in Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya ordusu tərəfindən vurulduğunu bildirdi.[5] Lakin təyyarənin istehsalçısı Antonov, ekspertlərin yoxlaması başa çatana qədər təyyarənin texniki vəziyyəti ilə bağlı məlumat verə bilməyəcəklərini bildirib və təyyarənin Rusiya hərbi qüvvələri tərəfindən tamamilə məhv edildiyini təsdiqləməmişdi.[6]
Daha sonra bu fakt öz təsdini tapdı. Vurulmuş təyyarənin şəkilləri internetdə yayıldı.[7]