Almaniyadakı sovet hərbi kontingentinin baş komandanı (1949-1953), Kiyev Hərbi Dairəsinin komandanı (1953-1960), SSRİ Quru Qoşunlarının Ali Baş Komandanı - SSRİ Müdafiə Nazirinin müavini (1960-1964), SSRİ Mülki Müdafiə Qüvvələrinin rəisi (1961-1972). Sov.İKP Mərkəzi Komitəsinin üzvü (1961-1982).
1942-1946-cı illərdə Stalinqrad döyüşündə xüsusi fərqlənən 62-ci ordunun komandanı olub.
Vasili İvanoviç Çuykov[10] 12 fevral 1900-cü ildə çoxuşaqlı kəndli ailəsində (8 qardaşı və 4 bacısı olub.) indiki Moskva vilayətininSerebryannıy Prud kəndində anadan olub.[11] Milliyyətcə rusdur[12]. Atası — İvan İonoviç Çuykov (3.03.1865 — 27.06.1958), Serebryannıy Prud kəndində kəndli olub. Anası — Yelizaveta Fyodorovna Çuykova (5.09.1865 — 29.03.1958) Şirobokov kəndində kəndli olub. Vasili Çuykov 4 sinifli kilsə məktəbini (1907–1911) bitirmiş, 12 yaşında Petroqrada getmiş, usta yanında şagird olmuşdur. 1917-ci ildə Kronştadt şəhərində xidmət etmişdir[13]. 1919-cu ildə Sov.İKP-nın üzvü olmuşdur.
Həyat yoldaşı — Valentina Petrovna Çuykova (qızlıq soyadı: Pavlova) (1907–1984). Oğlu — Aleksandr Vasilyeviç Çuykov (1946–2012) heykəltaraş olub, Qızı Nelli Vasilyevna Çuykova (d. 1928). Nəvəsi — Vasili Konstantinoviç Timoşenko-Çuykov.[14]
Rusiya vətəndaş müharibəsi zamanı — 1918-ci ildə Vasili Çuykov atıcı rota komandirinin köməkçisi olmuşdur. 1921-ci ildə polka rəhbərlik etmişdir. Vətəndaş müharibəsi zamanı Vasili Çuykov 4 dəfə yaralandı: 1) 1919-cu ilin mayında Şərq cəbhəsində — əlindən yaralandı; 2) 1919-cu ilin iyulunda Şərq cəbhəsində (Muslimovo kəndində) — ayağından yaralndı; 3) 1920-ci ilin mayında Qərb cəbhəsində — ayağından yaralandı; 4) 1920-ci ilin sentyabrında Qərb cəbhəsində (Ostrov şəhərində) — çiynindən yaralandı.[15]
1921-ci ilin iyulundan — 1922-ci ilin yanvarına qədər 4 nömrəli hərbi hissənin rəisi, Smolensk quberniyasınınVelij şəhərinin qarnizon rəisi, 1922-ci ilin yanvarından polk komandiri olub. Vasili Çuykov 1918-ci ildə Moskvada hərbi təlimatçı kurslarını[13], 1925-ci ildə M. V. Frunze adına Hərbi Akademiyanı, 1927-ci ildə Akademiyanın Şərq fakültəsini[22], o cümlədən, 1936-cı ildə Fəhlə-Kəndli Qızıl Ordusu Mexanikləşdirmə və motorlaşdırma Hərbi Akademiyası yanında akademik kurslarını bitirmişdir. 1927-ci ilin noyabrında — Moskva hərbi dairəsi qərargahı rəisinin köməkçisi olmuşdur.
1927-ci ilin iyulunda — Çində hərbi məsləhətçi olmuşdur.[23][24] 1939-cu ilin dekabrında Sovet-Fin müharibəsi zamanı ordu komandanı olmuşdur.
Vasili Çuykov 1949–1953-cü illərdə Almaniyada sovet qoşunları qrupunun baş komandanı,[28] 1953–1960-cı illərdə Kiyev hərbi dairəsi qoşunlarının komandanı olmuşdur. Çuykov 1960-cı ildən SSRİ müdafiə nazirinin müavini və quru qoşunlarının baş komandanı, 1961-ci ildən SSRİ Mülki Müdafiə rəisinin müavini, 1964–1972-ci illərdə SSRİ Mülki Müdafiə rəisi, 1972-ci ildən isə SSRİ Müdafiə Nazirliyinin Baş inspektorlar qrupunun baş inspektoru olmuşdur. 1952–1961-ci illərdə Sov. İKP MK üzvlüyünə namizəd, 1961-ci ildən Sov. İKP MK-nın üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (2–10-cu çağırış) deputatı olmuşdur. 9 dəfə Lenin ordeninə layiq görülmüş, SSRİ hərb tarixində dərin iz buraxmış Vasili Çuykov 18 mart 1982-ci ildə Moskva şəhərində vəfat etmişdir.[29] Özünün vəsiyyəti ilə Stalinqrad döyüşündə həlak olanların, "Ana-vətən" abidəsinin yanında—Volqoqradda Mamayev kurqanında dəfn edilir.[30]
"Ташкент" — Ячейка стрелковая / [под общ. ред. А. А. Гречко]. — М. : Военное изд-во М-ва обороны СССР, 1976. — 690 с. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 8).
Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2.
Великая Отечественная война 1941–1945. Энциклопедия / под ред. М. М. Козлова. — М.: Советская энциклопедия, 1985. — 832 с. — 500 000 экз.
В. А. Егоршин "Фельдмаршалы и маршалы". М., 2000.
Маршалы Советского Союза: личные дела рассказывают. М., 1996.
Сталинградская эпопея. М.: Наука, 1968.
Коллектив составителей и редакторов. Военный совет при народном комиссаре обороны СССР. 1938, 1940 гг.: Документы и материалы.. — М.: РОССПЭН, 2006. — 336 с. — 1000 экз. — ISBN 5–8243-0694-X.
Ларин М. Ю., Хватов А. В. Неизвестные войны России. — М.: ООО "Дом Славянской книги", 2012. — 480 с.
↑Чујков Васили Иванович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 383.
↑Чуйков В. И. От Пекина до Берлина. 1927–1945. (Сборник всех воспоминаний) — М., Алгоритм, 2015.
↑John Keegan. The Battle for History: Re-fighting World War Two (Barbara Frum lecture series), Vintage Canada, Toronto, 1995. Republished by Vintage Books, New York, 1996, p. 121
↑Pavel Quserin. M. V. Frunze adına Hərbi Akademiyanın Şərq fakültəsi. — Saarbrükken: LAP LAMBERT Academic Publishing, 2014. — С. 51. — ISBN 978-3-659-37302-2.
↑Чуянов, Алексей Семёнович. На стремнине века. Записки секретаря обкома|ответственный дание. Москва, Политиздат, 1976
↑Jochen Hellbeck: Die Stalingrad Protokolle. S. Fischer Verlag, Frankfurt a. M. 2012, ISBN 978-3-10-030213-7, Kapitel Armeegeneral Wassili Tschuikow, S. 319–348.