Anakliya

Anakliya (gürc. ანაკლია) — Gürcüstanda kurort şəhər tipli qəsəbə.[2][3][4][5][6]. Zuqdidi rayonunda (Sameqrelo-Yuxarı Svaneti diyarı), Abxaziya ilə sərhəddə yerləşir. 2014-cü il siyahıyaalınmasına əsasən Anakliyada 1331 nəfər yaşayır.[7] 540 metrlik körpü ilə Qanmuxuri kəndi ilə birləşir. İnquri çayının mənsəbi yaxınlığında yerləşir.

Anakliya
gürc. ანაკლია
42°23′37″ şm. e. 41°34′09″ ş. u.
Ölkə  Gürcüstan
Mxare Sameqrelo-Yuxarı Svaneti
Rayon Zuqdidi rayon
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 1.331 nəfər (2014)
Milli tərkibi gürcülər 99,4 %[1]
Rəsmi dili
Anakliya xəritədə
Anakliya
Anakliya
Anakliya xəritədə
Anakliya
Anakliya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və görməli yerləri[redaktə | mənbəni redaktə et]

Yaşayış məntəqəsinin müasir adı Herakledə olan qədim kolxida koloniyasından götürülüb. XV–XVIII əsrlərdə Anakliya Mingrelian knyazlığının limanı idi. 1723-cü ildən Osmanlı İmperiyasının ticarət aparıldığı məntəqə idi. 1770-ci ildə liman gürcü və rus qoşunları tərəfindən zəbt edildi və İmeretinin bir hissəsi oldu. XIX əsrin əvvəllərində Anakliya SameqreloAbxaziya arasında mübahisə mövzusuna çevrildi. Sovet dövründə Qara dəniz donanmasının bazası burada yerləşirdi.

Əsas görməli yerlərindən biri XVIII əsrin əvvəllərində dağıdılmış qaladır. Gürcülərin əsır tutularaq Osmanlı İmperiyasına aparıldığı yerdə gürcü kilsəsi tikilmişdir.[8] 2012-ci ildə "Çərkəz xalqının soyqırımı qurbanlarına xatirə abidəsi" açılıb.[9]

İnkişafı[redaktə | mənbəni redaktə et]

Anakliya kurort zonası ispan memarları tərəfindən layihələndirilib və Gürcüstan prezidentinin bəyanat vermişdir: "2–3 ildən sonra Anakliya Qara dənizin ən yaxşı kurortuna çevriləcək. Otel kompleksləri ilə yanaşı, Anakliyada yaxta klubu da olacaq"[10].

Rəsmi Tbilisinin məlumatına görə, Anakliya qalası 1994-cü ildən ərazisində yerləşdirilən rus sülhməramlıların fəaliiyyəti səbəbi ilə məhv olmaq təhlükəsi ilə üzləşib. 2006-cı ildə Rusiya hərbi bazası ərazidən çıxarıldı və Gürcüstan Mədəniyyət Nazirliyi bərpa işləri apardı[11].

2013-cü ildə PanamaxPostpanamaks tipli gəmilər də daxil olmaqla 110 milyon ton yükü qəbul edə biləcək dərin sulu çoxfunksiyalı Anaklia limanının tikintisinə qərar verildi.[12][13]. Dəniz limanının dərinliyi 20,5 metrdir. Ümumi uzunluğu 12,3 km olan 32 löbər yeri tikintisi nəzərdə tutulub. Ərazidə qazın mayeləşdirməsi üçün zavod tikintisi planlaşdırılır. Xobisskali çayının sağ sahilində, Xorqa qəsəbəsi ərazisində beynəlxalq hava limanının tikintisi planlaşdırılır.[14]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ethnic composition of Georgia 2014". 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  2. Город Анаклиа войдет в состав муниципалитета Зугдиди Arxivləşdirilib 2021-10-29 at the Wayback Machine.
  3. В Анаклиа пройдут мероприятия в связи с присвоением ему статуса города Arxivləşdirilib 2021-11-01 at the Wayback Machine.
  4. "Новый курорт в Грузии откроют президент М.Саакашвили и экс-президент Литвы". 2013-10-29 tarixində arxivləşdirilib.
  5. Анаклиа присвоен статус города-курорта Arxivləşdirilib 2021-10-29 at the Wayback Machine.
  6. "Statistical Yearbook Of Georgia, 2014" (PDF). 2016-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-03-22.
  7. "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 ნოემბერი, 2016.
  8. "Анаклия — новый курорт на Чёрном море". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-09.
  9. "АБХАЗИЯ.ORG :: Новости :: Мемориал жертвам геноцида черкесов откроется 21 мая в Анаклии (Грузия) // Израильские черкесы: русские оккупанты пренебрегают нашей кровью". 2021-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  10. "В Анаклия будет построен самый лучший черноморский курорт — Саакашвили". 2021-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  11. "Грузия выселила российских солдат из древней крепости". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  12. "Власти Грузии построят порт Анаклия, а не Лазика — Иванишвили. 2013". 2013-10-29 tarixində arxivləşdirilib.
  13. "В Грузии планируется строительство индустриальной зоны возле глубоководного порта в Анаклиа. 2015". 2021-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  14. "Крупнейшая американская компания «SSA Marine» инвестирует в порт Анаклия".[ölü keçid], 01.08.2017