Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında (ing. Anacondas: The Hunt for the Blood Orchid) 2004-cü ildə Dwight H. Little tərəfindən çəkilmiş Amerika macəra qorxu filmidir. Bu, Anakonda (film,1997) filminin müstəqil davamı və Anakonda seriyasının ikinci hissəsidir. Film Cənub-Şərqi Asiyanın tropik adası Borneoya insanlara daha uzun və sağlam həyat gətirəcəyinə inandıqları müqəddəs çiçək üçün ekspedisiyaya gedən tədqiqatçılar qrupundan bəhs edir. Lakin tezliklə onları adada yaşayan anakondalar təqib edir və ovlayır.
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında | |
---|---|
Anacondas: The Hunt for the Blood Orchid | |
Janr | döyüş filmi[3][4][…], qorxu filmi[3][4][…] |
Əsas mövzu | İlanlar |
Rejissor | Dvayt H. Litl (Dwight H. Little) |
Əsərin müəllifləri |
Hans Bauer Cim Keş Cek Eps Jr. [1] |
Operator |
|
Distribütor | Netflix |
İlk baxış tarixi | 9 dekabr 2004[5], 2004 |
Filmin digər adı | Anaconda 2: The Black Orchid |
Müddət | 97 dəq |
Büdcə | 20 milyon (dollar) [2] |
Ölkə | |
Dil | İngiliscə |
Rəng | rəngli |
Çəkiliş yeri | Yeni Zelandiya |
IMDb | ID0366174 |
Sələfi kimi, bu film də mənfi rəylər aldı, lakin maliyyə sahəsində uğur qazandı. Filmin ardınca 2008-ci ildə Anakonda 3: Övlad adlı davam filmi çəkildi.
Dr. Cek Bayron, Qordon Mitçell, Sem Rocers, Qeyl Stern, Koul Börris ve Dr. Ben Duqlas da daxil olmaqla Nyu York dərman firması Wexel Hall tərəfindən maliyyələşdirilən bir tədqiqatçı qrupu Borneo'dakı bir meşəyə, perrinnia Immortalis adında bir çiçəyi tapmaq üçün yollanır. Rəhbər Kapitan Bill Conson ve şəriki Tran Wu'nun şübhələri olsa da, Cek onları fikirlərindən döndərir. Qrup bir şəlalənin üstündən və çaydan keçməyə məcbur olur. Nəhəng bir anakonda sudan çıxıb ve Ben'i tamamilə udur , ancaq qrupun geri qalanı çaydan qaçmağı bacarır. Bill, indiyə qədər gördüyü ən böyük ilan olduğunu və təkrar ac qalması həftələr sürəcəyinə qaranti verir. Ancaq, komandanın çoxu səfərin ləğv edilməsini tələb edir. Billin təknəsini alıb- ala bilməyəcəklərini görmək üçün Billin çayda yaşayan dostu Con Livinqstonun yanına gedirlər, amma Livinqstonu ölü və təknəsi xarab şəkildə tapırlar.
Onlar kiçik yerli kənd, qarnı yırtılmış anakonda, qarından çıxmış bir cüt insan ayağı və qalan bir səhləb tapırlar. Görünür, səhləblər bu ilanların qida zəncirinin bir hissəsidir və onların ömrü boyu böyüməsinə səbəb olur. Cek səhləblərin yaxınlıqda olacağını bildirir, Qeyl isə səhləblərin insan üzərində işləməyəcəyi fikrini müdafiə edir. Cek Semə sataşmağa çalışır, lakin o etiraz edir və qrup bir qaçış salı hazırlamağa başlayır.
Qordon, Livinqstonun radioqramasını ve silahını tapır. Və uzun zaman öncə yardım çağıra biləcəklərini anlayır. Cek ekspedisiyanın davam etməsinə izin verməsi üçün onun fikrini dəyişdirə bilmədiyindən zəhərli bir hörümçəklə onu (Qordonu) iflic edir. Cek salda digərlərinə qoşularkən Sem Qordonu hörümçək sancmış şəkildə tapır. Dirəklərdən bir anakonda düşüb Qordonu Sem binadan çıxandan sonra canlı-canlı udur. Digərləri udandan sonra gəlir, buna görə də Bill anakondanı öldürmə ümidiylə binanı alovlandırır, ancaq çoxdan qaçdığını anlayır. Cek salı oğurlamaq üçün qarışıqlıqdan istifadə edir.
Başqa bir sal düzəltmək üçün material qalmadığından onlar cəngəllikdən keçərək Ceki döyür və sallarını geri alırlar. Yolda anakondadan qaçmağa çalışarkən bir mağaraya düşürlər. Cole itirilir və insan skeletləri tapır. O, Tran tərəfindən tapılır, o da (Tran) altına çəkilir və yeyilir. İkisini də (Tran və Koulu) axtaran Bill Tranın itmiş fənərini qanlı suda üzən tapır. Dəhşətə düşmüş Koul mağaradan qaçır, çuxurda ilişib qalan ilanı saniyələr içində qabaqlayır. Sem onun başını pala ilə kəsir, lakin başqa bir ilan isterik Koulu tutur. Komanda onun anakonda tərəfindən sıxıldığı zaman tapır. Bill bıçağını atır və ilanı başının içindən keçirərək Koulu azad edir.
Qrup salı və Ceki tapır. Cek Billi qolundan güllə ilə vurur və qrupu erkək anakondaların dişi ilə cütləşdiyi bir çuxurun üstündə böyüyən səhləblərə müşayiət etməyə məcbur edir. Sem bel çantasını səhləblərlə doldurmaq üçün nazik bir kötük vasitəsilə çuxurdan keçməyə məcbur olur. Geri dönəndə kötük çartlayır. Cek silahı Semə tuşlayaraq çantanı verməsini tələb edir. Sem silahı atmadığı müddətcə çiçəkləri çuxura atacağını deyir, Cek də digərlərini vurmaqla hədələyir. Kötük qırılır və düşür, ancaq ayağından çuxura doğru başaşağı asılı qalır. Digərləri Semə çatmağa çalışarkən Cek ona çantanı atmağı əmr edir. Ancaq əvvəl istifadə etdiyi hörümçək küpündən qaçaraq onu dişləyir. O, çuxura düşür və yeyilir. Daha sonra Koul məşəl atır, yanacaq konteyneri partlayır, çuxurdakı ilanlar ölür. Sağ qalanlar - Bill, Sem, Koul və Qeyl sala qayıdır, Kota Bharuya gedirlər.
Bilet satışında ikinci yerdə debüt etdi. ABŞ-da 32.238.923 dollar, beynəlxalq ümumi gəlir 38.753.975 dollar, dünya üzrə cəmi 70.992.898 dollar qazandı.
Rotten Tomatoes xəbər verir ki, film 121 rəy əsasında 26%, orta hesabla 10-dan 4,2 bal toplayıb. Saytın tənqidçilərinin konsensusunda deyilir: Sevimsiz bir canavar B-filmidir.
Metacritic filmin 28 rəy əsasında 100 baldan 40 bal topladığını bildirdi. Roger Ebert filmə dörd ulduzdan ikisini - orijinal filmə verdiyindən daha az qiymət verdi. Bununla belə, Ebert Metyu Marsdenin performansını "uyğun olaraq xain" kimi qiymətləndirdi. The A. V Clubdan Keyt Filipps filmi CGI görüntülü ilanlara görə tənqid etdi. The Oregoniandan Karen Karbo heç vaxt "çox ciddi qəbul etmədiyini" söylədi. CinemaScore tərəfindən sorğu edilən tamaşaçılar filmə A+-dan F şkalası üzrə orta “B” qiyməti veriblər.
Film "Qızıl Moruq mükafatı"na "ən pis remeyk və ya davam" kateqoriyasında namizəd göstərilmişdir. Amma Skubi-Du: Canavarlar qaçdı filminə uduzdu.