Analar və laylalar (film, 1992)

Analar və laylalar qısametrajlı cizgi televiziya filmi rejissor Vaqif Behbudov tərəfindən 1991-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Kukla filmidir. Körpələr təbiətin hədiyyəsidir. Ananın beşik başında oturub oxuması xeyir haqqında ilk söhbətidir. Uşaqların hamısı analar üçün eynidir.

Analar və laylalar
Fayl:Analar və laylalar (film, 1991).jpg
Janr qısametrajlı
cizgi
Rejissor Vaqif Behbudov
Ssenari müəllifi Teymur Elçin
Baş rollarda Nərgiz Cəlilova
Fikrət Hüseynov
Operator Vaqif Behbudov
Bəstəkar Ramiz Mirişli
Rəssam Vaqif Məmmədov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1992
Filmin növü qısametrajlı cizgi televiziya filmi
Müddət 16 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
İl 1991
Texniki məlumatlar 1 hissə
270 metr
Rəng rəngli

Kukla filmidir. Körpələr təbiətin hədiyyəsidir. Ananın beşik başında oturub oxuması xeyir haqqında ilk söhbətidir. Uşaqların hamısı analar üçün eynidir.[1]

Cizgi filmi bəşəriyyətin yaranışından üzü bəri dünyada var olan, əbədi yaşayan ana məhəbbətinə, övlada olan sevgiyə ucaldılmış abidədir. Turac, qurbağa, delfin, kirpi, canavar və ən nəhayət, insan hərəsi öz dilində balasının şirin yuxuya getməsi üçün laylasını deyir. Bu laylaların hər birində övlada, balaya ananın əbədi məhəbbəti bulaq kimi çağlayır.[2]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Teymur Elçin
Rejissor: Vaqif Behbudov
Operator: Vaqif Behbudov
Rəssam: Vaqif Məmmədov
Bəstəkar: Ramiz Mirişli

Mahnıları ifa edir: Flora Kərimova

Nərgiz Cəlilova — ana
Fikrət Hüseynov — Aydın

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 212
  2. Esmira Fuad. "Göydən endim ağappaq…" (az.). Xalq cəbhəsi. 26 avqust 2016. 2016-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.

Azərbaycan filmlərinin siyahısı
1991-ci ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı