Analitik kimya — maddələrin tərkibinin tədqiqat metodları haqqında elm. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir.[1] O iki müxtəlif bölmədən ibarətdir: keyfiyyət analizi (vəsfi analiz) və miqdari analiz. Vəsfi analiz üsullarının köməyi ilə bizi maraqlandıran maddənin hansı kimyəvi komponentlərdən təşkil olunduğunu müəyyən etmək olar. Miqdari analizin məqsədi analiz olunan maddənin tərkibinə daxil olan kimyəvi elementlərin miqdarca nisbətini müəyyən etməkdir. Eləcə də analiz olunan nümunənin vahid həcminə və ya kütləsinə daxil olan elementin və ya digər tərkib hissəsinin kütləsini və ya qatılığını bilmək çox vacibdir.[2]
Kimyəvi analiz sırasıyla kalitatif (keyfiyyət) və kantitatif (nicel) olmaq üzrə iki şəkildə tətbiq olunur. Bir maddənin hansı komponentlərdən (element və ya mürəkkəblərdən) meydana gəldiyini tapmağa yarayan analiz növünə kalitatif; bu komponentlərdən hər birinin nə formada olduğunu tapmağa yarayan analiz növünə də kantitatif analiz deyilir.
Kantitatif analiz, metodlar cəhətdən klassik və müasir olmaq üzrə ikiyə ayrılar. Klassik metodlar maddənin ağırlıq və həcm xüsusiyyətlərinə söykənən metodlardır. Maddənin ağırlığı göz önünə alınaraq edilən analizə gravimetrik, həcm göz önünə alınaraq edilənə də volumetrik analiz deyilir. Gravimetrik və volumetrik analizlərin hər ikisi də indiki vaxtda çox istifadə edilməkdədir. Xüsusilə fən və şəhərçiliyin inkişafıyla, mədəniyyəti təhdid etməyə başlıyan ətraf məsələlərinin təsbiti işləri bu metodların əhəmiyyətini bir qat daha artırmışdır.
Müasir metodlara İnstrumental metodlar (enstrümental analiz) də deyilməkdə olub, 1930-cu ildən sonra sürətli olaraq inkişafa başlamışdır. Bu metodlar, maddənin işıq absorbsiyonu, işıq emisyonu, magnetik, elektrik, radyoaktiflik kimi xüsusiyyətləri üzərinə qurulmuşdur. Bu gün yalnız bir xüsusiyyət üzərinə qurulmuş olan metodlar dərilərlə kitab doldurulacaq qədər çoxalmışdır. İnstrumental analiz klassik analizdən daha həssas, daha az zaman alıcı və daha asan olmaqla birlikdə, nəticələndirərinin qiymətləndirilməsi baxımından mütəxəssis kimyaçılara ehtiyac göstərər.
Bir analiz üçün tətbiq olunacaq analiz metodu maddə miqdarına bağlı olaraq dəyişər. 50 mgdən daha çox maddə miqdarı ilə edilən analizə makro analiz, 10–50 mg arasındakı miqdarla edilən analizə yarı-mikro analiz, 1–10 mg arasındakı miqdarla edilən analizə mikro analiz, 0,001–1 mg arasındakı miqdarla edilən analizə ultra-mikro analiz və 0,001 mgin altında qalan miqdarla edilən analizə də sub-mikro analiz deyilir. Mikro, ultra-mikro və sub-mikro analizlərə elmi işlərdə müraciət edilər.
Qeyri-üzvi maddələri analiz etdikdə hər şeydən əvvəl kimyəvi elementlər və ionlar təyin edilir. Üzvi təbiətli materiallar və ya maddələri təyin edərkən element və molekulyar analiz çox geniş tətbiq sahəsinə malikdir. O, mühüm təsərrüfat və elmi-texniki məsələlərin həll edilməsində çox vacibdir. Əridilmə zamanı poladın tərkibinin analizi metallurgiya prosesininin lazımi şəraitdə aparılmasına kömək edir. Suyu və havanı çirkləndirən qarışıqların qatılığını təyin etmədən ətraf mühitin vəziyətinə nəzarət etmək olur. Dağ mədənlərinin və filizlərinin kimyəvi analizi qiymətli mineralların axtarışının və kəşfiyyatının mühüm tərkib hissəsidir. Kosmik tədqiqatların məqsədi isə kosmik obyektlərin – Veneranın atmosferindəki qazların, Marsdakı dağ mədənlərinin Aydakı qruntların kimyəvi analizidir.[2]
Analiz olunan nümunəvi parçalamadan – həll etmədən, əritmədən və s. aparılan qeyri-destruktiv analiz metodlarına çoxlu bilik, seçicilik, yaradıcılıq enerjisi sərf etmək lazımdır. Ən mürəkkəb məsələlərdən biri uzaq məsafədən analiz metodlarının yaradılmasıdır. Bu metodlar okeanın dibində və kosmosda gedən prosesləri laboratoriyada analiz etməyə imkan verir. Eləcə də sürətlə və eyni zamanda dəqiq analiz aparmaq üçün ekspress-metodlar lazımdır.
Analitik kimya böyük inkişaf yolu keçmişdir. XVIII əsrdə və XIX əsrin başlanğıcında bütün kimya xeyli dərəcədə analitik kimyaya meylli olmuşdur. Həqiqətən də müxtəlif təbii birləşmələrin tərkibinin öyrənilməsi, yeni elementlərin kəşfi, maddələrin keyfiyyət tərkibinin müəyyən edilməsi müxtəlif analitik məsələlərin həlli ilə həyata keçirildi.[3]
Kimyəvi analiz termini XVIII əsrdə ingilis Robert Boyl təklif etmişdir. XVIII əsrdə və XIX əsrin başlanğıcında Karl Vilhem Şeyele, Antuan Lavuazye, Q.Devi, Yens Yakov Bertselius görkəmli analitiklər olmişdular. Analitik kimya ilə ən çox məşğul olan İsveç elimi T.Berqman olmuşdur. Onu ilk peşəkar analitik-kimyaçı hesab etmək olar. Kimyəvi analizin əhəmiyyətini başa düşərək M.V.Lomonosov öz tədqiqatlarında ondan istifadə etmişdir.
XIX əsrdə klassik analiz metodları – qravimetrik, titrimetrik, qaz analiz metodları inkişaf etdi. XIX yüzilliyin sonunda V.Ostvald məhlulda ionların tarazlığına əsaslanaraq analitik kimyanın nəzəri əsaslarını yaratdı.[3]
XX əsr analitik kimyanı çox effektiv analiz metodları ilə zənginləşdirdi. Müasir analitiklər öz işlərində kimyəvi, fiziki-kimyəvi, fiziki və hətta bioloji tədqiqat üsullarından istifadə edirlər. Ən dəqiq analiz metodlarından biri radiaktivasiya metodudur. Bu üsul nümunədə kimyəvi elementin milyonda bir faizini müəyyən etməyə imkan verir. Bunun üçün müasir cihazlar yaradılır, sənayedə cürbəcür analitik reaktivlər istehsal olunur.[3]
Elmin, texnologiyanın, klinikaların ehtiyaclarına görə müxtəlif cihaz və metodlar inkişaf etdirilmişdir. Məsələn: şəkər fabriklərində nizamlanmış polarimetreler köməyiylə şəkər çuğundurundakı şəkər nisbəti ölçülə bildiyi kimi, klinikalarda qan və sidikdəki törə, şəkər, azot; nizamlı vasitələrlə təyin edilə bilməkdədir.