Anaqnostaras

Anaqnostaras (yun. Αναγνωσταράς; 176026 aprel 1825[1]) ― yunan inqilabçısı, Filiki Eteriyanın qabaqcıl üzvü, general və Yunanıstan İstiqlaliyyət müharibəsinin müharibə naziri. Anaqnostaras bir təxəllüsdür, şəxsin doğuluşda adı Xristos Papageorgiu (yun. Χρήστος Παπαγεωργίου) idi, qeyd olunan adı isə Anaqnostis Papageorgiu (yun. Αναγνώστης Παπαγεωργίου)[2][3] oldu.

Anaqnostis Papageorgiu
yun. Αναγνώστης Παπαγεωργίου
Anaqnostaras Valtetsi döyüşü zamanı, rəssam Peter fon Hess
Anaqnostaras Valtetsi döyüşü zamanı, rəssam Peter fon Hess
1822 – 1825
(ləqəbi: Anaqnostaras)
Şəxsi məlumatlar
Doğum adı Χρήστος Παπαγεωργίου
Doğum tarixi 1760
Vəfat tarixi 26 aprel 1825(1825-04-26)[1]
Vəfat səbəbi döyüş zamanı ölüm
Milliyyəti yunan
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Rusiya İmperiyası Rusiya İmperator Ordusu
Yunanıstan Yunanıstan Ordusu
Qoşun növü Nizamsız ordu
Döyüşlər Rusiya-Osmanlı müharibəsi (1787-1792) (nizamsız qoşunlar)
Rusiya-Osmanlı müharibəsi (1806-1812) (Rusiya Ordusu)
Yunanıstan İstiqlaliyyət müharibəsi (Yunan Ordusu)
Rütbəsi Mayor (Rusiya Ordusu)
General (Yunanıstan Ordusu)

1760-cı ildə Messeniyanın Poliani kəndində anadan olmuşdur; onun nəsli Arkadiyanın Leontari kəndindən gəlirdi.[3][4] 1787-1792-ci illərdə baş tutan Rusiya-Osmanlı müharibəsi zamanı o, Xristofor PerrevosTsanetos Qriqorakis ilə birlikdə İon adalarına gəlmişdir ki, mayor rütbəsində yunan-rus generalı Emanuil Papandopulonun komandanlığı altında vuruşsun.[5] 1803-cü ildə Zakinf adasına köçdü və 1813-cü ilə qədər Rusiya İmperator Ordusunda hərbi xidmətə başladı, sonra ordudan buraxıldı və qalıq maaşı istəmək üçün Odessaya köçdü.[6][7]

Filiki Eteriyada fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1817-ci ildə Odessada Nikolaos Skufas tərəfindən Filiki Eteriyada cəlb olundu, ona "keşiş" adı verildi və 1817-ci ilin mart ayında onu Atanasios Tsakalofla görüş üçün Moskvaya yolladılar.[8] Tsakalof onu İdraSpetse adalarında göndərdi ki, orda təşkilat üçün yeni üzvlər axtarsın.[9] Daha sonra həmin il İstanbula getmiş və orada Papaflessasa rast gələrək 21 iyun 1818-ci ildə onu təşkilata gətirdi, sonra isə Zakinfə döndü və 1 dekabr 1818-ci ildə Teodoros Kolokotronisi təşkilata üzv etdi.[10]

Daha sonra fəaliyyətini davam etdirmək üçün Peloponnesə göndərildi,[4] burada qeyri-adi səslənsə də buzuki ilə Riqas Fereosun şeirlərini demiş və kleftlərin mahnılarını oxuyurdu. Səfərinin nəticəsində onu daha yüksək kateqoriya olan "apostol"a qədər ucaltdılar.[11] Emmanuil Ksantos Anaqnostarasa təşkilatın digər üzvləri ilə yazışmalar üçün 108 nömrəli kod verdi.[12] O, Eteriyada "apostol" adını almış ilk şəxs idi, ondan sonra Xristofor Perrevos, Yannis Farmakis və Elias Xrisospatis də bu ada layiq görüldülər.[13]

Yunanıstan İstiqlaliyyət müharibəsində xidməti

[redaktə | mənbəni redaktə et]

Yunanıstan İstiqlaliyyət müharibəsi 1821-ci ilin mart ayında başlayanda Anaqnostaras 23 mart 1821-ci ildə Kalamata şəhərinin azad edilməsində iştirak edirdi. Bu hərbi proses zamanı yunan nizamsız inqilabi qüvvələri Osmanlı qarnizonunun təslim edilməsindən sonra döyüşsüz şəhəri nəzarət altına aldılar, əməliyyata mayor Petros Mavromixalis başçılıq edirdi. 30 sentyabr 1821-ci ildə Teodoros Kolokotronis, Kiryakulis Mavromixalis və Panayotis Giatrakos ilə birlikdə Peloponnes Senatı üzvlərinin mövqeyini təsdiqləyən müqavilə imzaladı və bu Aleksandr İpsilanti ilə əlaqələrin kəsilməsinə gətirdi, sonuncu axırda öz mövqeyindən geri çəkildi.[14] Anaqnostaras general rütbəsinə yüksəldi və Müharibə Komissiyasının üzvü oldu.[4]

1822-ci ilin mart ayında Anaqnostaras Panayotis Kefalas və Giatrakos ailəsi ilə Giorgis Kunduriotisa Mills qəsəbəsində yeni hökumətin qurulmasına dəstək verdi.[15] 1822-ci ilin may ayında Astrosdaki İkinci Milli Məclisdə dəyişikliklərdən sonra müvəqqəti yunan hökumətinin müharibə naziri oldu.[16][17]

O, Valtetsi döyüşü (12 may 1821-ci il),[18] Tripoli mühasirəsi (1821-ci il sentyabr),[19] Korinf mühasirəsi (1821-ci il dekabr – 1822-ci il yanvar)[20] və çox başqa hərbi əməliyyatlarda iştirak etmişdir. 8 may 1825-ci ildə Navarino mühasirəsi zamanı öldü.[21]

  1. 1 2 Christos Anagnostaras // Lord Byron and his Times (ing.).
  2. Chrysanthopoulos (1888), p. 90.
  3. 1 2 Filimon, I. (1834), p. 185: Note (a).
  4. 1 2 3 Great Military and Naval Encyclopedia (1929), vol. 2, p. 130.
  5. The History of the Greek People, vol. 11, p. 423.
  6. The History of the Greek People (1971), vol. 12, pp. 144–145.
  7. Chrysanthopoulos (1888), p. 92.
  8. Flessas, C. (1842), pp. 34–35.
  9. Flessas, C. (1842), pp. 41, 145.
  10. The History of the Greek People (1971), vol. 12, pp. 76–77.
  11. Filimon, I. (1834), pp. 201–202.
  12. Flessas, C. (1842), p. 36: File of Xanthos, no. 1818/11a.
  13. Flessas, C. (1842), p. 44: List of 12 Etairoi and 15 Apostles.
  14. The History of the Greek People (1971), vol. 12, pp. 197–198.
  15. The History of the Greek People (1971), vol. 12, pp. 328–329.
  16. Chrysanthopoulos (1888), p. 91.
  17. The History of the Greek People (1971), vol. 12, p. 299.
  18. Autobiography of Kolokotrones (1892), p. 141.
  19. Autobiography of Kolokotrones (1892), p. 149.
  20. The History of the Greek People (1971), vol. 12, pp. 182, 217.
  21. The History of the Greek People (1971), vol. 12, p. 382.
  • Kolokotrones, the Klepht and the Warrior, Sixty Years of Peril and Daring. An autobiography. London: T. Fisher Unwin. 1892. 135–205. İstifadə tarixi: 5 March 2018.
  • Chrysanthopoulos, Photios. Vioi peloponnēsiōn andrōn kai tōn exōthen eis tēn Peloponnēson elthontōn (yunan). Harvard University: P. D. Sakellariou. 1888. 90–92. İstifadə tarixi: 11 May 2020.
  • Filimon, Ioannis. Dokimion peri tis Filikis Etairias (yunan). Nauplio: Kondaxis-Loulakis. 1834. 185.
  • Flessas, Konstantinos. History of the Sacred Struggle (PDF) (yunan). Athens: P.A. Komnenos. 1842. 34–44, 144–145. 5 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 5 March 2018.
  • Anagnostaras // Μεγάλη Στρατιωτική και Ναυτική Εγκυκλοπαιδεία. Τόμος Β′: Αλαρκόν – Γωνιόμετρον (yunan). Athens: Έκδοσις Μεγάλης Στρατιωτικής και Ναυτικής Εγκυκλοπαιδείας. 1929. səh. 130.
  • The History of the Greek People: The Greek Revolution (1821–1832) (yunan). 12. Athens: Ekdotike Athenon. 1971. 373–380. ISBN 960-213-097-0. OCLC 636806977. OL 18546042M.