Anarın anları (film, 2008)

Anarın anları tammetrajlı sənədli televiziya filmi rejissor Ramiz Həsənoğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film yazıçı, Xalq şairi, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın həyat və yaradıcılığını işıqlandırır.

Anarın anları
Anarın anları
Janr sənədli
bioqrafik
Rejissor Ramiz Həsənoğlu
Prodüser Ramiz Həsənoğlu
Ssenari müəllifi Yusif Şeyxov
Operator Eldar Məmmədov
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 2008
Filmin növü tammetrajlı sənədli televiziya filmi
Müddət 59 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2008
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film yazıçı, Xalq şairi, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın həyat və yaradıcılığını işıqlandırır.

Filmin aparıcı bölmələrindən biri dostların, mənən, ruhən yaxınların Anarın şəxsiyyəti, xarakteri, yaradıcılığı ilə bağlı deyimləridir. Şərti desək — "Sinxron bloku". Çingiz Aytmatovun, Oljas Süleymenovun, İvan Draqın, eləcə də bizim görkəmli sənətkarlarımızın sayqılı fikirləri! Geniş tamaşaçı və oxucu kütləsinə məlum olmayan məlumatlar. Bu deyimlər portretin daha tutumlu, qabarıq, xarakterik alınmasına xidmət edir. Rejissor bu deyimləri film boyu səpələməklə dinamikanı gücləndirir, müxtəlif dövrlərə aid məqamları tamaşalardan, filmlərdən alınmış parçalarla bağlayaraq vahid bir süjet yaradır. Sənətkarın, şəxsiyyətin portretinin cızılması, təkcə, bilavasitə onun özüylə bağlı olmur. Burda müxtəlif amillər nəzərə alınır. Filmin yaradıcılarının Rəsul Rza dühasına, Nigar Rəfibəyli ruhuna, ümumiyyətlə, Anarın soy kökünə — Azərbaycan tarixində müstəsna xidməti olmuş Rəfibəylilər fenomeninə müraciəti, Anarın bu irsə sədaqəti, onların layiqli davamçısı olmasının təqdimi, özü də onun portretinə maraqlı əlavədir.[1]

Şəkillər — dondurulmuş anlar, məqamlardır. Ömrün, yaşanan həyatın zərrəcikləridir. Filmin "Anarın anları" adlandırılması təsadüfi deyil; düşünülmüş prinsipdir. Həmin o anların bir növ "kollaj" şəklində təqdimi əsaslandırılmış üslubdur. Film boyu bu üslubun bir neçə dəfə təkrarlanması — yığılıb-dağılma prosesi, zərrəciklərə dönüb səpələnməsi yaşanmış ömrə işarədir, həm də yeni bir fikrə, dövrə, bölməyə keçidə işarədir.[1]

Film yazıçının 70 iliyinə həsr olunub.[2]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Yusif Şeyxov
Rejissor: Ramiz Həsənoğlu
Operator: Eldar Məmmədov
Prodüser: Ramiz Həsənoğlu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Camal Yusifzadə. "Ömür keçdi". "Azərbaycan" qəzeti (az.). ANL. 1 mart 2009. İstifadə tarixi: 2018-01-06.
  2. Rumiyyə. ""Xoşbəxt insanam ki, bir rejissor kimi Anarın əsərləri üzərində çalışmışam"" (az.). Moderator.az. 14 mart 2016. İstifadə tarixi: 2018-01-06.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2008-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı