Anar Atayev

Anar Mamed oğlu Atayev (d. 11 mart 1996; Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan - ö. 11 mart 2015; Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur.

Anar Atayev
Anar Mamed oğlu Atayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan
Dəfn yeri Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Mamed Atayev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015
Rütbə Əsgər

Həyatı[redaktə | mənbəni redaktə et]

Anar Atayev 11 mart 1996-cı ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Anar Atayev 11 mart 2015-ci ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur. 12 mart 2015-ci ildə Anar Atayev doğulduğu Ağcabədi rayonunun Minaxorlu kəndində torpağa tapşırılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əsgər Anar Atayev öz ad günündə şəhid oldu. Sonxeber.az. 12.03.2015.