| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Anar Mithət oğlu Heybətov (25 sentyabr 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017).
Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib.
1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb.
Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub.
9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1] 1 may 2017-ci ildə[2], 9 may 2018-ci ildə[3], 10 may 2019-cu ildə[4], 7 may 2021-ci ildə[5], 10 may 2022-ci ildə[6] və 6 may 2023-cü ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.
- Mənim ərim dəlidir – Cangüdən
- "Lənkəran xanının vəziri" — Əziz ağa
- Rəqabət – Qaçay
- Hərənin öz payı – Meyxanaçı Ələkbər
- Hələ "Sevirəm" deməmişdilər – Qumarbaz
- Varlı qadın – Qara
- Hamlet – Laert
- Kaş araba aşmayaydı – Buxuti
- Mesenat – Zeynal bəy Səlimxanov
- Xurşidbanu Natəvan – Daşdəmir
- İmzanın hökmü (Muradın Kələkləri) – Murad
- Körpüdən mənzərə — Rudolfo
- "Müsyo Jordan və dərviş Məstəli şah" — Şahbaz bəy
- "Oğru cənnətdə" — Vinçenso De Pretore
- "Qarabağnamə" — Hüseynqulu xan
- "On ikinci gecə" — Sebestyan
- "Anamın kitabı" — Aslan bəy
- "Şekspir" — Drob 13
- "Şah Qacar" — Cəfərqulu xan
- "Əmir Teymur" — Orxan
- "Silindr" — Rodolfo
- "Ölülər" — İsgəndər
- "Buratino" — Bazilio
- "Ah bu uzun sevda yolu" — Mikayıl Müşfiq
- "Zəfər yolu" — Zəfər
- "Xurşidbanu Natəvan" — Knyaz Xasay
- Ünvansız qız (film, 1999)
- Bəyaz Həyat-Murad
- Olacağa Çarə Yoxdur–Bəhlul
- Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)- rol: Anar
- Sonuncu şahid (film, 2004)–Mikayıl
- Kişiləri qoruyun (film, 2006)–Orxan
- Cavid ömrü (film, 2007)
- Ayrılıq imiş (film, 2008)
- Qaydasız döyüş (film, 2009)
- Dronqo (serial, 2002) (Rusiya serialı)–Ramazan
- Qeyri-adi müştəri–oğlan
- Qara pişik–musiqiçi
- Yaddaş (film, 2010)
- Dolu (film, 2012)
- Pərvanələrin rəqsi (serial, 2012)
- Tufanlı səma (serial, 2015)
- Səni ürəyim sevdi (serial)
- Sən olmadaydın-qisas (serial 2016)- Fuad
- Bir Qadın(serial,2020)-Davud