Azər Paşa Nemətov (13 avqust 1947, Bakı – 9 aprel 2023[1], Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri (1996–2023), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015–2023) və direktoru (2016–2023).
Azər Paşa Nemətov | |
---|---|
6 yanvar 2016 – 9 aprel 2023 | |
Əvvəlki | İsrafil İsrafilov |
Sonrakı | Mehriban Ələkbərzadə |
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri | |
2003 – 9 aprel 2023 | |
Əvvəlki | Həsənağa Turabov |
Sonrakı | Hacı İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 avqust 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 2023[1] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rejissor |
Atası | Zəfər Nemətov |
Həyat yoldaşı | Süsən Məlikova |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | Professor |
|
|
Təltifləri |
|
Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi "Qardaşım klarnet çalır"" (A. Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində göstərilib. 1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974–1977-ci illərdə Sankt-Peterburq teatrında. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983–1990) işləyib.
1990-cı aprel ayının 20-dən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru olub. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatı olub (1985). Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb[2].
18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü seçilmişdir.[3]
31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilmişdir.[4]
6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilmişdir.[5]
Azər Paşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat etmişdir.[6][7] İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.[8]
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında:
Leninqrad Gənc Tamaşaçılar Teatrında:
Arxangelsk Dövlət Dram Teatrında:
Tallin Gənc Tamaşaçılar Teatrında:
Lənkəran Dövlət Dram Teatrı:
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında: