Anar Xəlilov — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü,[1] Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri.[2]
Anar Xəlilov | |
---|---|
Anar Əhməd oğlu Xəlilov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | İstehsalın iqtisadiyyatı və idarə edilməsi |
Təhsili |
Azərbaycan Dövlət İqtisad Universiteti Bruno Texniki Universiteti (magistratura) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Dövlət İqtisad Universiteti(magistratura) |
Anar Xəlilov 17 iyun 1977-ci ildə Şuşa şəhərində anadan olub. 1982–1993-cü illərdə 1 saylı Şuşa şəhər məktəbində oxumuşdur. 1993–1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini İstehsalın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirmişdir. 1994–1998-ci illərdə Bakı Şəhər Təmir Tikinti Quraşdırma idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1998–1999-cu illərdə Moskva şəhərində kiçik biznes fəaliyyəti ilə məşğul olmuşdur.
2000–2001-ci illərdə Çexiya Respublikasının Bruno Texniki Universitetində MBA Proqramı üzrə magistratura təhsili almışdır. 2001-ci ildə Kiçik Həcmli Gəmilərin Dövlət Müfəttişliyində müfəttiş vəzifəsində çalışmışdır. 2002–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Şuşa Rayon Statistika İdarəsində aparıcı iqtisadçı və rəis müavini işləmişdir. 2008-ci ildən həmin müəssisənin rəisidir. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət gənclər siyasəti üzrə ixtisasartırma kurslarını bitirmişdir.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Proqramı üzrə magistraturasına daxil olmuş, 2010-cu ildə magistraturanı menecment ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2005-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2006–2010-cu illərdə Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı gənclər birliyinin sədri olmuşdur. 2005-ci ildə Şuşa rayonunda ictimai əsaslarla yaradılmış Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədridir. 40-a yaxın layihənin rəhbəri olmuşdur.
16 mart 2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə "Səhiyyə, sağlamlıq və ekologiya" qrupu üzrə seçkidə birinci yerə çıxmışdır[3]. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmişdir.
Müxtəlif xarici ölkələrdə 15-ə yaxın Beynəlxalq tədbirlərdə iştirak etmişdir. www.yknews.az saytının yaradıcısıdır. Sayt məcburi köçkün gənclərin Qarabağ müharibəsinə dair maarifləndirilməsinə xidmət edir.
Ailəlidir, 2 övladı var.
Sənədli filmlərin ssenari müəlifi və yaradıcısı olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018) yubiley medalı ilə təltif edilmişdir. Fəaliyyəti ilə bağlı 30-a yaxın dövlət, özəl, ictimai qurumlar tərəfindən diplomlara layiq görülmüşdür.